Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

Lənkəranda velosiped yürüşü keçirilib

 

İyunun 3-də Lənkəran şəhərində "Bakı-2015" birinci Avropa Oyunlarına həsr olunmuş velosiped yürüşü keçirilib.

AZƏRTAC  xəbər verir ki, yürüşdə 15 yaşından 60 yaşına kimi 90-a yaxın peşəkar və həvəskar idmançı iştirak edib. Yarışın keçirilməsində məqsəd gənclərin idmana olan marağını artırmaq və ölkəmizdə keçirilən birinci Avropa Oyunlarına dəstək olmaqdır.

Velosiped yürüşü səhər saatlarında şəhərin Bayraq Meydanından start götürüb. Səkkiz kilometr məsafəni başa vuran yürüş iştirakçıları Heydər Əliyev Parkında alqışlarla qarşılanıblar.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov bildirib ki, birinci Avropa Oyunlarının sonunadək rayonda idmanın müxtəlif növləri üzrə yarışlar keçiriləcək.

Yürüşün sonunda həvəskar idmançılar Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov