İzmirdə Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə
yeniyetmə sərbəst, yunan-Roma və qadın güləşçilər
arasında 18-ci beynəlxalq turnirdə Azərbaycan millisi 5
medal qazanıb. Turnirdə ölkəmizi yeniyetmə qızlardan
ibarət yığma komandamızın üzvləri təmsil ediblər.
AZƏRTAC xəbər verir ki, böyük məşqçi Həsrət
Məmmədyarovun və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi
altında turnirə qatılan güləşçilərimiz komanda hesabında
dördüncü olublar.
Zemfira Ələkbərli (38 kq) və Şəbnəm Əhmədova (56 kq)
bütün rəqiblərindən üstün olaraq fəxri kürsünün ən
yüksək pilləsində qərarlaşıblar. Sona Tumarxanova (49 kq)
yalnız final görüşünü məğlub başa vurub və gümüş medalla
kifayətlənib. Bürünc medalları isə Səbinə Həmzəlzadə (49
kq) və Tatyana Varantsova (56 kq) qazanıblar. Gülcahan
Hacıyeva (46 kq) isə bürünc medal uğrunda həlledici
görüşdə uduzub və turniri 5-ci sırada tamamlayıb.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq
dərəcəli hakim Vüqar Şükürov təmsil edib. |