Bu
yaxınlarda Azərbaycan Təhsil Şurasının İdarə Heyətinin
və Şura Elmi-Metodiki mərkəzinin qərarı ilə "Həmkara
dəstək" metodiki vəsait çapdan çıxıb. Müəllimlər üçün
nəzərdə tutulmuş vəsaitdə 10 günlük (60 saat) kurikulum
təliminin materialları sadə, lakonik şəkildə izahı,
terminlərin izahı və 750 test cavabları ilə toplanıb.
Metodiki vəsaitin müəllifləri Bakı şəhəri Fuad
Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbin direktoru
Elşən Qafarov və təlim-tərbiyə işləri üzrə direktor
müavini Ləman Babayevadır.
Müəlliflər rəhbərlik etdikləri məktəbdə "Həmkara dəstək"
layihəsi çərçivəsində təşkil olunmuş məktəbdaxili
təlimlərin, eləcə də vaxtaşırı olaraq metodikadan və
İKT-dən keçirdikləri monitorinqlərin nəticələrini analiz
edərkən müəllimlərin peşəkarlığının artırılmasında
bunların müsbət təsirini nəzərə alaraq metodik
materialları və testləri müəllimlərə təqdim edirlər.
Kurikulum nədir, kurikulum islahatlarını zəruri edən
səbəblər, təhsil islahatı ilə bağlı dövlət sənədləri,
təlim strategiyaları, dərsin mərhələləri və dərs
nümunələri, qiymətləndirmə və onun istiqamətləri və s.
barədə məlumat verildiyi kitaba Təhsil Problemləri
İnstitutunun şöbə müdiri, əməkdar müəllim Almaz Həsrət
rəy yazıb.
Müəllimlərin müasir pedaqoji məsələlərə yiyələnməsində
faydalı ola biləcək metodik vəsait müxtəlif
araşdırmaların məhsulu kimi də olduqca əhəmiyyətlidir.
Natəvan HEYDƏROVA,
Bakı şəhəri Məktəb-Lisey Kompleksinin direktor müavini |