Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisi və
Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə rayonda 1
iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr
edilmiş "Vergi məktəblilərin gözü ilə" adlı intellektual
yarış və rəsm müsabiqəsi keçirilib.Təhsil şöbəsindən
məlumat verilir ki, əvvəlcə məktəblilərin rəsm
əsərlərindən ibarət sərgiyə baxış olub. Yarışda şəhər 3
nömrəli məktəb-liseyin, 4 və 1 nömrəli tam orta
məktəblərin komandaları müvafiq olaraq ilk üç yerə layiq
görülüb.
Qalib komandalar, həmçinin rəsm müsabiqəsində fərqlənən
məktəblilər diplom və qiymətli hədiyyələrlə
mükafatlandırılıblar.
Hazırladı: Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |