Göygöl
Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan
məlumatda qeyd edilib ki, S.Əliyev adına Çaykənd kənd
orta məktəbində müəllim-şagird kollektivi, şəhid
Süleyman Əliyevin ailə üzvləri və yaxınlarının iştirakı
ilə görüş keçirilib. "Qəhrəmanlar unudulmur" layihəsi
çərçivəsində keçirilən görüşdə məktəb direktoru Azər
Hüseynov, Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi
Zaur Abbasov, təhsil şöbəsinin əməkdaşı Arif Kərimov,
şəhidin yaxın qohumları Süleymanın keçdiyi şanlı döyüş
yolundan və qəhrəmancasına həlak olaraq şəhidlik
zirvəsinə ucalmasından, gənc nəsildə vətənpərvərlik
ruhunun aşılanmasında şəhidlərimizin vətənə, torpağa
olan hədsiz sevgi hisslərindən danışıblar. Natiqlər
çıxışlarında uşaqların şəhidi daha yaxından tanınması
məqsədilə gələcəkdə S.Əliyevin xatirəsinə müxtəlif
mədəni-kütləvi idman tədbirlərinin keçirilməsi təklifini
də irəli sürüblər. S.Əliyevin oğlu Ziyanur Əliyev çıxış
edərək bu gözəl tədbirin ərsəyə gəlməsində əməyi olan
hər bir şəxsə, xüsusilə məktəbin kollektivinə öz dərin
minnətdarlığını bildirib. |