Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

Lənkəran Dövlət Universitetində yubiley tədbiri keçirilib

 

Böyütmək üçün seçinLənkəran Dövlət Universitetində LDU-nun valideynlər şurasının sədri Sərhad Məmmədovun 80 illik yubileyi qeyd olunub. Universitetin  mətbuat xidmətindən bildirilib ki, mərasimdə çıxış edən rektor, professor Asəf İsgəndərov Sərhad Məmmədovun respublikanın tanınmış ağsaqqallarından olduğunu söyləyib. Sonra yazıçı-jurnalist Etibar Əhədov Sərhad Məmmədovun həyat və fəaliyyəti barədə məruzə edib.

Qeyd olunub ki, S.Məmmədov Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Yardımlı Rayon Partiya Komitəsinin birinci katibi, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini və Gərmətük qəsəbəsi üzrə nümayəndəsi kimi məsul vəzifələrdə işləyib. O, iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf" nişanı, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif edilib.

Çıxış edən Lənkəran Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, Milli Qəhrəman Əsgər Əliyevin atası Ələkbər Əliyev və başqaları Sərhad Məmmədovun Vətən və xalq qarşısında xidmətlərini yüksək qiymətləndiriblər.

S.Məmmədov əməyinə verilən qiymətə görə minnətdarlığını ifadə edərək, bundan sonra da rayonun və universitetin ictimai həyatında fəal iştirak edəcəyini bildirib.

Mərasimdə yubilyara fəxri fərman və qiymətli hədiyyə verilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov