Almaniyada yaşayan həmyerlimiz Pərviz Əmiraslanov
rubrikamızın qonağıdır
Ölkəmizin, o cümlədən Təhsil
Nazirliyinin sıx əməkdaşlıq etdiyi Alman Akademik
Mübadilə Xidməti (DAAD) bir çox həmvətənimizin
karyerasında mühüm rol oynayıb. Müsahibimiz Pərviz
Əmiraslanovun da qismətinə bu təşkilatın köməyindən pay
düşüb. Azərbaycan Texniki Universitetində çalışarkən
1998-ci ilin iyul ayında Alman Akademik Mübadilə
Xidmətinin elmi təqaüdünə layiq görülüb. Təqaüd
proqramına uyğun olaraq 10 aylıq Almaniyanın
Braunşvayq Texniki Universitetinə elmi araşdırma üçün
gedib. Tale elə gətirib ki, elmi təqaüd müddəti başa
çatdıqdan sonra da Almaniyada qalıb. 1999-cu il avqust
ayından 2000-ci il yanvar ayının sonuna kimi Alman
Akademik Mübadilə Xidmətinin və Almaniya Aşagı Saksoniya
əyalətinin dəstəyi ilə Braunşvayq Texniki Universiteti
üçün böyük elmi layihədə iştirakçı və sonralar layihə
rəhbəri olub. Daha sonra isə Braunşvayq Texniki
Universiteti tərəfindən iş müqaviləsi təklifi alıb.
Həmin vaxtdan ailəsi ilə birlikdə Almaniyada yaşayır və
işləyir.
Tərcümeyi-haldan sətirlər
Əmiraslanov Pərviz Arzuman oğlu 1971-ci il iyulun 28-də
Tovuz rayonunun Sarıtala kəndində anadan olub. 1978-ci
ildə Sarıtala kənd orta məktəbinə gedib və 1988-ci ildə
həmin məktəbi əla qiymətlərlə bitirib. Sonra Qovlar
qəsəbəsindəki 98 nömrəli Orta Texniki Peşə Məktəbinə
daxil olub və 1989-cu ildə buranı fərqlənmə diplomu ilə
bitirib. Oxuduğu müddətdə dəfələrlə fənn
olimpiadalarında fəal iştirak edib. 1989-cu ildə
Azərbaycan Texniki Universitetinin maşınqayırma
fakültəsinə daxil olub. Tələbəlik illərində də biliyi
ilə fərqlənib, dəfələrlə olimpiada qalibi olub. Tələbə
ikən 2 elmi məqaləsi çap olunub. 1994-cü ildə
universiteti fərqlənmə diplomu ilə bitirib.
Azərbaycan Texniki Universitetinin Maşınqayırmada
avtomatlaşdırılmış layihələndirmə kafedrasında
tədqiqatçı-mühəndis kimi əmək fəaliyyətinə başlayıb.
1995-ci ilin oktyabrında həmin kafedrada laboratoriya
müdiri vəzifəsinə təyin olunub. 1996-cı ildə Azərbaycan
Texniki Universitetinin aspiranturasına daxil olub.
İşlədiyi müddətdə universitet və respublika
konfranslarında iştirak edib, məqalələri çap olunub.
"Metalkəsən dəzgahların mexaniki otürmə mexanizmlərinin
avtomatlaşdırılmış layihələndirilməsi" adlı metodik
vəsaitin (1997) və Azərbaycan dilində ilk dəfə olaraq
"Maşınqayırmada riyazi modelləşdirmə" adlı kitabın
(1998) müəllifidir.
1999-cu ildə Almaniya Federativ Respublikasına getdikdən
sonra qazandığı təqaüd proqramı çərçivəsində Hannover
şəhərində Lazer Mərkəzi və digər sənaye profilli
elmi-tədqiqat işlərində əvvəl yardımçı, kiçik və daha
sonra isə böyük elmi işçi işləyib. Bu işlərin elmi
nəticələrinə əsasən Braunşvayq Texniki Universitetində
elmi işçi olaraq işə götürülüb. 2001-ci ilin aprelində
Braunşvayq Texniki Universitetinin maşınqayırma
fakültəsində "Avtomobil hissələrində lazerlə pardaxlama
prosesinin modelləşdirilməsi" mövzusunda dissertasiya
müdafiə edərək doktor tituluna layiq görülüb. 2002-ci
ilin mart ayında Braunşvayq Texniki Universitetinin
təhsil şöbəsinin və Almaniya Aşağı Saksoniya əyalətinin
Təhsil Nazirliyinin birgə qərarı ilə dosent olaraq dərs
deməyə başlayıb. Dərs dediyi müddətdə dəfələrlə
universitet tərəfindən müxtəlif diplomlara layiq görülüb.
2003-cü ilin dekabrından Almaniya Mühəndislər Birliyinin
həqiqi üzvüdür.
Sənaye profilli elmi-tədqiqat işlərinə Almaniya Dövlət
Patent İdarəsi tərəfindən yüksək dəyər verildiyi üçün "Siemens
VDO Automotive AG" firmasının təklifi ilə 2005-ci ilin
yanvarında firmada ali məktəblərlə elmi iş üzrə şöbənin
rəisi vəzifəsinə işə götürülüb. Eyni zamanda Braunşvayq
Texniki Universitetində mühazirə oxumaqda davam edib.
2007-ci ilin sentyabr ayından "DaimlerChrysler AG" (Mercedes)
firmasında elmi tədqiqat və inkişaf departamentində qrup
rəhbəri vəzifəsinə qəbul edilib. Burada üçillik əmək
fəaliyyətindən sonra 2010-cu ildən etibarən Almaniyanın
digər avtomobil şirkəti olan "Volkswagen AG" şirkətinin
elmi-tədqiqat və texniki inkişaf idarəsində
mütəxəssislər qrupunun rəhbəri olub. 2012-ci il yanvar
ayından bu günə qədər isə həmin idarədə şöbə müdiri
vəzifəsində çalışır. Onun rəhbərlik etdiyi şöbədə yeni
avtomobillər üçün intellektual və innovativ
texnologiyalar nəzəri cəhətdən araşdırılır və praktik
sınaqdan keçirilir. Eyni zamanda Braunşvayq, Klausthal
Texniki universitetlərində və Wolfenbüttel Ali Texniki
Məktəbində saathesablı mühazirələr oxuyur və bu
məktəblər üzrə işçi qupunun rəhbəridir.
70-dən çox elmi və metodik işi vardır, 5 patent alıb.
Almaniya avtomobil şirkətləri təhsilə
böyük investisiyalar qoyurlar
Almaniya avtomobil şirkətlərinin "Stimulation" üzrə
ixtisas komitəsinin üzvü olan Pərviz Əmiraslanov
çalışdığı şirkət haqqında məlumat verərək bildirdi ki,
"Volkswagen Group" avtomobil şirkəti Avropanın ən böyük
avtomobil şirkətidir. "Volkswagen" şirkətlər qrupu 20
Avropa ölkəsində, Amerika, Asiya və Afrikanın 11
ölkəsində 118 avtomobil zavoduna malikdir. Şirkətin
592.586 işçisi gün ərzində 41.000 avtomobil istehsal
edir. İstehsal edilmiş avtomobillər 153 ölkəyə satılır.
Yeddi Avropa ölkəsində olan 12 avtomobil markası məhz "Volkswagen"
şirkətlər qrupuna aiddir. Ölkə iqtisadiyyatının
inkişafında böyük rolu olan şirkət Almaniyada texniki
peşə məktəblərinə böyük investisiyaların yatırılmasına,
ali məktəblərin maddi- texniki bazasının
yaxşılaşdırılmasında və digər sahələrdə geniş və
əhəmiyyətli bir mövqeyə sahibdir. Şirkət istehsal
olunmuş avtomobillərin, xüsusilə də ən yeni texnologiya
ilə təchiz edilmiş avtomobillərin dünya bazarlarında
satılmasından əldə olunmuş gəlirlər hesabına güclü
elmi-texniki bazaya malikdir.
"Volkswagen" şirkəti iki ildə
elmi-tədqiqat işlərinə 13,4 milyard dollar xərcləyib
Son 2 il ərzində "Volkswagen" avtomobil şirkəti
texnologiya və elmi-tədqiqat işlərinin aparılmasına 13,4
milyard dollar vəsait xərcləmişdir. Şirkət bu
göstəriciyə görə dünya avtomobil şirkətləri arasında
1-ci yerdə gedir.
Həmyerlimizin dediyinə görə, Braunşvayq Texniki
Universiteti, Wolfenbüttel-Wolfsburg Ali Məktəbi
Almaniyada böyük mövqeyə malikdir. Hər iki ali məktəbin
maddi bazası qismən Aşağı Saksoniya əyaləti Təhsil
Nazirliyi tərəfindən qarşılanır. Ümumiyyətlə, Almaniyada
dövlət universitetlərinin əksəriyyətinin
maliyyələşməsində müxtəlif layihələr böyük rol oynayır.
Yəni, universitetlər maddi cəhətdən özlərini təmin
etməyə çalışırlar. Amma, təbiidir ki, həmişə dəstək
göstərilərək maaşlar dövlət tərəfindən ödənilir. Özəl
universitetlər isə maddi bazalarını yalnız özləri həll
edirlər, onlara dövlət tərəfindən heç bir vəsait nəzərdə
tutulmur. Ancaq dövlətlə müqaviləsi olarsa maddi
baxımdan çətin duruma düşəndə dövlətdən yardım ala
bilər.
Tələbələr semestrdə 500 avro ödəyirlər
Müsahibimiz Almaniyada ali təhsil,
işlədiyi universitetdə tədrisin təşkili, təhsil haqqı,
tələbə qrantları və s. kimi məsələlərlə bağlı
ünvanladığımız sualları belə cavablandırdı:
- Almaniya universitetlərində tədris çoxşaxəlidir.
Ümumiyyətlə Almaniyada müxtəlif tipli universitetlər var.
Məsələn, tədqiqat yönümlü universitetlər, praktik
yönümlü olanlar, tətbiqi elmlər universitetləri və s. Almaniyada
əyalətlərdən və universitetlərdən asılı olaraq tələbələr
semestr müddətinə təxminən 500 avro vəsait ödəyirlər. Bu,
ödənişsiz universitetlərdə oxuyanlara şamil olunur.
Universitetlərin çoxunu Almaniya dövləti
maliyyələşdirir. Tələbələrin çoxu da dövlət
universitetlərinə qəbul olur.
Özəl universitetlərdə təhsil haqqı həm universitetin,
həm də ixtisasın beynəlxalq göstəricisindən asılıdır.
Son illər özəl universitetlərin sayı durmadan
artmaqdadır. Belə ki, onların sayı 20-dən artaraq 120-yə
çatmışdır. Bu universitetlərin əksəriyyəti tətbiqi
elmlər universitetidir. Hazırda statistik göstəricilərə
görə, Almaniyada ümumi tələbələrin 8%-ə qədəri özəl
universitetlərdə oxuyur. Bu universitetlərdə təhsil
haqqı 45 min avroya qədər ola bilər və hətta daha baha
olan tibb sahəsində özəl universitetlər də vardır.
Tələbələrin daha az hissəsi təqaüd
alır
Almaniyada, adətən, çox az hallarda tələbələr təhsil
haqları üçün qrantlar alırlar. Söhbət Almaniyada yaşayan,
alman vətəndaşı olan tələbələrdən gedir. Amma tələbələr
üçün ayrılan kreditlər tələbənin ailə vəziyyəti və maddi
durumu əsas götürülərək ödənilir. Digər Avropa
ölkələrində, məsələn, Danimarka, Malta, Finlandiyada
tələbələrin, demək olar ki, hamısı, Lüksemburqda,
Niderlandda, İsveçdə, Norveçdə isə tələbələrin əksər
hissəsi təqaüd qazanırlar.
Dövlətin təhsilə qayğısı üçün Almaniyada geniş bir
proqram vardır və tələbatdan asılı olaraq mütəmadi
dəyişikliklərə ehtiyac duyulanda universitet rəhbərləri
digər cavabdeh şəxslərin iştirakı ilə forum keçirir,
tədbirlər görülür. Onu da qeyd edim ki, bu kimi vacib
məsələlər çox zaman interaktiv şəkildə aparılır.
Professorlar
minimum
4000
avro
məvacib
alırlar
Xaricdə
işləyən
həmvətənlərimizə
ünvanladığımız
suallar
arasında
orada
müəllimlərin
seçilməsi,
fəaliyyətinin
qiymətləndirilməsi,
əməkhaqqı,
ixtisasının
artırılması,
bunun
onların
əməkhaqqına
təsiri
və
s.
məsələlər
barədə
suallarımız
da
yer
alır.
Pərviz
müəllim
də
bu
suallarımızı
cavablandırdı.
Qeyd
etdi
ki,
Almaniyada
ali
təhsil
sistemində
müəllim
seçimi,
onun
işə
götürülməsi
aldığı
təhsildən,
oxuduğu
ali
təhsil
ocağından
asılı
olur.
Bəzi
hallarda
kriteriyalar
minimum
hesab
edilir
və
bununla
xüsusi
komissiya
məşğul
olur.
Müəllimlər
bir
qayda
olaraq
fərdi
qaydada
vaxtaşırı
təlim
görürlər.
Qiymətləndirmə
isə
birbaşa
gördüyü
işlərin
keyfiyyəti,
tələbələrin
verdiyi
qiymətlə
ölçülür.
Qiymətləndirmə
çox
hallarda
ekspertlər
tərəfindən
də
baxışdan
keçirilir.
Burada
hər
bir
müəssisənin
strategiyasına
uyğun
olaraq
xüsusi
şöbələr
tərəfindən
və
ya
kənardan
(yəni
neytral)
yoxlama
aparılır
ki,
obyektivlik
qorunub
saxlanılsın.
Dövlət
universitetlərində
çalışan
professor-müəllim
heyətinin
minimum
maaş
həddi
4000
avrodur.
Bu,
minimum
hesab
edilir
və
adətən
junior
-
professorlara (dərs
yükü
az
olan,
gənc
və
elmdə
çox
da
tanınmayan)
verilir.
Amma
bundan
əlavə
də
il
ərzində
bir
aylıq
maaş
həcmində
(Almaniyada
ona
13-cü
ayın
maaşı
deyilir)
və
bəzi
əyalətlərdə
məzuniyyət
pulu
da əlavə
edilir.
Sənayedə
uzun
müddət
çalışmış
və
sonradan
professor
kimi
universitetlərə
dəvət
edilmiş,
rəhbər
funksiyası
olanların
maaşı
isə
ayda 6000
və
hətta
10.000
avro
ola
bilər.
Özəl
universitetlərdə,
fundamental,
yüksək
texniki
elmi-tədqiqat
institutlarında
və
sənayedə
isə
maaşlar
bir
qayda
olaraq,
universitetlərdən
daha
yüksək
olur.
Almaniyada
sənayedə,
məsələn,
avtomobil
sektorunda
mühəndislərə
verilən
aylıq
maaş
universitetdə
çalışan
professorların
maaşlarından
çox
və
ya
ona
bərabər
ola
bilər.
Bütün
bunlar
müxtəlif
faktorlardan,
məsələn,
mühəndisin
daşıdığı
idari
funksiya,
çalışdığı
texniki
sahə,
iş
təcrübəsi
və
s.-dən
asılıdır.
Müəllimlərin
ixtisasının
artırılmasının
əməkhaqqına
avtomatik
olaraq
təsiri
yoxdur.
Əsas
meyar
qabiliyyətdir.
Yəni,
birbaşa
ixtisasını
yüksək
səviyyədə
bilən
və
bacarıqlı
müəllimlər
uyğun
olaraq
əməkhaqqı
ilə
təmin
olunurlar.
Almaniyada
müəssisənin
strategiyasından,
böyüklüyündən,
iqtisadi
durumundan
və
s.
faktorlardan
asılı
olaraq
müxtəlif
əməkhaqqı
dərəcələri
vardır.
Maaşlar
əyalətlərə
görə
də
dəyişir.
Bunlara
baxmayaraq
təhsildə
və
elmdə
işçilərə
verilən
maaşlar
demək
olar
ki,
uyğun
şəkildə
tətbiq
edilir.
Almaniya
alimləri çox
sərbəstdir
Pərviz
müəllimlə
distant
söhbətimizdə
işlədiyi
universitetin
timsalında
Almaniyanın
ali
məktəbləri
və
elmi-tədqiqat
müəssisələrində
elmi-tədqiqatların
necə
aparılması
ilə
də
maraqlandıq.
O
dedi
ki,
Almaniyada
istər
elmi-tədqiqat
müəssisələri,
istərsə
də
universitetlərdə
olsun,
elmi-tədqiqat
işlərinin
yerinə
yetirilməsi
birbaşa
tədqiqat
sahəsindən
asılıdır.
Elmi-tədqiqat
işlərinin
nəticələrinin
nəşr
olunması
da
müxtəlif
yönlüdür.
Məsələn,
İmpakt-faktoru
kimi
qiymətləndirmə
mövcuddur
ki,
bu
da
ümumiyyətlə
müasir
elm
və
texnikada ən
optimal
qiymətləndirmə
sistemi
hesab
olunur.
Bu,
birbaşa
elmi
işin
keyfiyyətini
ifadə
edir.
Bundan
başqa,
"Tomson-Röyters"
Agentliyinin
Elmi
İnformasiya
İnstitutunun
(İSİ)
ISI
Web
of
Knowledge
axtarış
sistemində
H-indeksi
30-dan
aşağı
olan
əməkdaşlar
elmi-tədqiqat
müəssisələrində
adətən
elmi
işçi
kimi
davam
edə
bilmirlər.
Bu
keyfiyyət
göstəriciləri
yüksək
olan
alimlər
isə
ölkə
elminin
strategiyasını
müəyyən
edirlər.
Alimlər,
elmi
işçilər
Almaniyada çox
sərbəstdirlər.
Elmi-tədqiqat
müəssisələrindən
asılı
olaraq
hər
bir
elmi
məqaləyə
görə
müəllifə
yaxşı
qonorar
verirlər.
Məsələn,
impakt-faktoru
1.00
olan
jurnalda
məqalə
nəşr
edilərsə,
elmi
müəssisə
həmin
müəllifi
1000
avro (impakt-faktor
2.00
olduqda
isə
2000
avro
və
s.)
məbləğində
pul
ilə
mükafatlandırır.
Bu
həm
də
müəssisənin
iqtisadi
durumu
ilə
bağlıdır
və əksər
hallarda
motivasiya
olsun
deyə
həmişə
müəlliflərin
dəyərləndirilməsinə
ciddi
fikir
verilir.
Ona
görə
də
alimlər
maraqları
olduğu
üçün
bütün
günü
tədqiqatla
məşğul
olurlar.
Bu
isə
həmin
universitetin
dünya
universitetlərinin
reytinq
cədvəlindəki
yerinə
təsir
edir.
Söhbətimizin
sonunda
Pərviz
müəllimə
ənənəvi
sualımızı
verdik:
-
Xaricdə
yaşayıb
işləyən
hər
bir
həmvətənimiz
üçün ölkəmizin
təbliği,
Azərbaycan
həqiqətlərinin
yaşadığı
ölkə
ictimaiyyətinə çatdırılması
mühüm şərəf
işi
və
mənəvi
borcdur.
Pərviz
müəllimin
bu
yöndə
fəaliyyəti
necədir?
- Çox
məşğul
olduğumdan
ictimai
və
sosial
yöndə
fəaliyyətə
demək
olar
ki,
vaxtım
qalmır.
Amma
bir
azərbaycanlı
kimi
hər
an
Azərbaycanda
gedən
ictimai-siyasi
prosesləri
izləyir
və
buna
heç
zaman
biganə
qala
bilmirəm.
Müxtəlif
məqamlarda
Azərbaycanla
bağlı
həmişə
Almaniyanın
elmi
dairələri
ilə
diskussiyalar
aparır
və ölkəmiz
haqqında
həqiqəti
onlara
çatdırmağa
çalışıram.
Almaniyada
oxuyan
azərbaycanlı
tələbələrlə
əlaqə
saxlayır,
onlara
yardım
və
köməyimi
əsirgəmirəm.
Əvvəllər
Texniki
Universitetin
böyük
auditoriyasında,
kitabxanasında,
ayrı-ayrı
institutlarda
Azərbaycanla
bağlı
görüşlər,
tədbirlər,
diskussiyalar
keçirmişəm.
O
zamanlar çox
çətin
idi,
diasporumuz
indiki
kimi
fəal
deyildi,
Avropada
Azərbaycanı
yaxşı
tanımırdılar.
Artıq
ölkəmiz
haqqında
almanların
kifayət
qədər
təsəvvürü
var.
Bir
dəfə
Braunşvayq
Texniki
Universitetinin
kansleri
(prorektor)
universitetin
elmi
işçilər
üçün
qonaq
evində
Azərbaycan
axşamı
keçirməyimə
şərait
yaratdı.
Oraya
Braunşvayq
Texniki
Universitetinin
bütün
dekanlarını,
prorektorlarını,
rektoru
dəvət
etmişdik.
Rektor
özü
gəlməmişdi,
amma 40-a
yaxın
iştirakçı
oldu.
Bu
barədə
Azərbaycanda
bəzi
mətbuat
orqanlarında
da
yazmışdılar.
O zamanlar İnternet indiki kimi güclü və sürətli
deyildi.
Azərbaycanın son illərdəki iqtisadi inkişafına çox
sevinirəm, ailə olaraq Azərbaycan diasporu üçün
aktivliyimiz var və əlimizdən gələni edirik. Xanımım,
fəal diasporçu Şəfəq Azər bir pedaqoq, yazar kimi çox
aktivdir. İstər özünün iş yerində, istərsə də
yaşadığımız bölgənin ictimai-siyasi həyatında yaxından
iştirak edir. Əksər şəhər tədbirlərinə dəvət alır və
Azərbaycanı həmin tədbirdə təmsil edirik. Yaşadığımız
ərazinin mədəniyyət mərkəzində geniş çıxışlarımız,
tədbirlərimiz olub. Hesab edirəm ki, vətənimizdən
kənarda yaşayan hər bir vətəndaş dilimizi, kimliyimizi
qorumalı və hər yerdə doğma Azərbaycanımızı öz işi, öz
bacarığı ilə layiqincə təmsil etməlidir.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi",
Almaz HƏSRƏT,
TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin
müdiri |