Beynəlxalq
Mətbuat Mərkəzində RİA Novostinin akt zalında "Rus dili
MDB ölkələrinin mədəniyyətlərarası dialoqunda "vasitəçi
dil" kimi" mövzusunda Moskva-Bakı-Astana videokörpü
keçirildi. Rusiyaya canlı olaraq yayınlanan "dəyirmi
masa"da ölkəmizi Azərbaycan Respublikasının Təhsil
Problemləri İnstitutunun Beynəlxalq əməkdaşlıq və
informasiya şöbəsinin müdiri, əməkdar müəllim Almaz
Həsrət ekspert kimi təmsil edirdi. Videokörpüdə
Bakıdan həmçinin institutun böyük elmi işçisi, rusdilli
mütəxəssis Aidə Qasımova, ali və orta məktəbdə rus
dilini tədris edən müəllimlər və mətbuat işçiləri
iştirak edirdilər.
Videokörpü çərçivəsində rusdilli beynəlxalq təhsil və
mədəniyyətlə bağlı layihələr təqdim olundu, onların
reallaşdırılmasından söhbət açıldı. Tədbirin
iştirakçıları MDB ölkələrində rus dilinin inteqrativ
proseslərdə inkişafı potensialı ilə bağlı müzakirələr
etdilər. Bakı-Moskva-Astana multimedialı videokörpü
"Rus dili MDB ölkələrinin mədəniyyətlərarası dialoqunda
"vasitəçi dil" kimi" mövzusunda keçirilən görüş Rusiya
Federasiyasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə
keçirilib.
Moskvadan
videokörpüyə qatılanlar S.Baişev adına Universitetin
beynəlxalq laboratoriyasının rəhbəri Yekaterina
Kudryavseva, A.S.Puşkin adına Rus dili Dövlət
İnstitutunun elmi fəaliyyətin idarə olunmasının rəisi
Tatyana Kudoyarova, "Müasir təhsil texnologiyaları
mərkəzi"nin baş direktoru Sergey Bulanov, Moskva Dövlət
Regional Universitetinin müasir rus dili kafedrasının
müdiri Pavel Lekant, NİU VŞE metodik mərkəzin rəhbəri
Aleksandr Serov, A.S.Puşkin adına Rus dili Dövlət
İnstitutunun professoru Nataliya Braqina, şair Dmitriy
Makarov və Rusiyada olan azərbaycanlı diasporanın
nümayəndələri, ali və orta məktəbdə çalışan rus dili
müəllimləri, mətbuat nümayəndələri idi.
Videokörpüyə Astanadan jurnalistlər və tələbələr də
qoşuldular.
"Müasir təhsil texnologiyalarının mərkəzi"nin baş
direktoru Sergey Bulanov, "dəyirmi masa"da çıxışında
keçmiş Sovet İttifaqı ölkələrində rus dilinin rabitəli
və ən rahat vasitəçi dil olduğunu bildirdi. O,
MDB-nin müəllimlərinin fəallığını daha çox təhsillə
bağlı rusdilli web layihələrində gördüyü üçün əminliklə
rus dilinin asan vasitəçi dil olduğunu da xüsusi olaraq
vurğuladı. Qeyd etdi ki, dostluq artıq coğrafi deyil,
intellektual prinsiplərə əsaslanaraq yaranır.
"Dəyirmi masa"da Bakıdan canlı yayım təşkil edildi.
TPİ-nin şöbə müdiri, əməkdar müəllim Almaz Həsrət öncə
tədbirə qatılanların hamısına Odlar Yurdundan
salamlarını çatdırdı. Sonra 2005-ci ildən başlayaraq
internet məkandan istifadə edərək orta məktəbdə
çalışdığı dövrlərdə qoşulduğu rusdilli layihələrdən
danışdı. Öz təcrübəsindən danışan Almaz Həsrətin çıxışı
iştirakçıların böyük marağına səbəb oldu.
Sonra TPİ-nin böyük elmi işçisi Aidə Qasımova institutun
direktrou Qulu Novruzovun rəhbərliyi ilə institutda
həyata keçirdikləri işlərdən danışdı. O, rus dili ilə
bağlı standartların hazırlanmasından, rus dilinin
tədrisi və onun müasir metodikaları ilə bağlı geniş
məlumat verdi. Videokörpü boyu Moskva və Bakı
mütəxəssisləri arasında maraqlı müzakirələr aparıldı.
Moskva-Bakı-Astana videokörpü CBC TV kanalı və
internetdə canlı yayımlanırdı.
TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi
|