Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

Şagirdlərimiz Amerikadan medalla qayıdıblar

 

Bakı "İstək" liseyinin şagirdlərinin növbəti medalı ABŞ-ın Hyüston şəhərindən gəldi. Hyüston şəhərində 67 ölkədən 676 şagirdin iştirakı ilə keçirilən "I-SWEEEP" (International Sustainable World Energy, Engineering & Environment Project Olympiad)  beynəlxalq olimpiadasında  Nərimanov "İstək" liseyinin  IX  sinif şagirdləri Sultan Vəliyev və Orxan Məcidli "Çoxfunksiyalı elektrik istehsal edən maşın" layihəsi ilə bürünc medala layiq görülüblər. Məlumat üçün qeyd edək ki, "I-SWEEEP"  olimpiadası, Amerikanın Rays, Hyüston, Texas Texnik, Texas Austin, Şimali Amerika universitetlərinin və  "SKY" Fondunun dəstəyi ilə dünyanın müxtəlif ölkələrinin lisey və gimnaziya şagirdləri arasında keçirilən layihə yarışmasıdır.

Sultan Vəliyev: - Bu il "I-SWEEEP" beynəlxalq gənc ixtiraçılar layihə olimpiadasında ölkələr bir və ya bir neçə layihə ilə təmsil olunurdu. Hər layihə üçün 2 şagird və 1 lider tələb olunurdu. Layihə olimpiadası 3 kateqoriya üzrə keçirilirdi: enerji, mühəndislik, ətraf mühit.  ABŞ-ın bir sıra universitetlərinin  dəstək verdiyi "I-SWEEEP"  beynəlxalq gənc ixtiraçılar layihə olimpiadası 13-18 yaşlı məktəblilər arasında keçirilir. Müvəffəq olan şagirdlər birinci, ikinci və üçüncü yer üzrə medallar  və sertifikatlar  ilə mükafatlandırıldılar. Bizim hazırladığımız  "Çoxfunksiyalı elektrik istehsal edən maşın" layihəsi isə bürünc medala layiq görüldü.

"İstək" liseyinin  müəllimi Elnur Əzizov şagirdləri barədə yüksək fikirdədir: Hər ikisi çox çalışqan və ağıllı  sagirdlərdir.  Dərslərdə hər zaman hazırlıqlı və fəallıqları ilə öndədirlər.

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov