2006-cı
ildə Bakıda anadan olan Banu Tağıyeva hələ 3
yasında olarkən musiqi səsi eşitcək çiçəklərdən-
çiçəyə qonan kəpənəklər tək rəqs edirmiş. Bu istək
qızcığazı "Səma" rəqs qrupuna gətirib. Azərbaycan və
dunya xalqlarının rəqslərini həvəslə öyrənib. Dövlət
tədbirlərində, telekanallarda və Rəşid Behbudov adına
Dövlət Mahnı Teatrında ifaları ilə tamaşaçılara xoş
anlar yaşadıb, fəxri fərman və diplomlarla
mükafatlandırılıb. Hazırda Milli Konservatoriyanın
tərkibində İncəsənət Gimnaziyasının III sinif
sagirdidir. Dərslərini yaxşı oxumaqla bərabər Nigar
Nəcəflinin sinfində fortepiano dərsi alır.
Valideynlərinin dediyinə görə Banu bir işə başlamamış
dəfələrlə ölçüb biçir, sonra qərar çıxarır. Asudə
vaxtlarında isə mütaliə etməyi xoşlayır.
2015-ci il isə Banu üçün daha uğurlu olub.
İtaliyanın Pesaro səhərində keçirilən "Citta di
Pesaro" adlı beynəlxalq musabiqədə iştirak edərək I
yerə layiq görülüb. Banu daha böyük nailiyyətlər
əldə etmək, beynəlxalq müsabiqələrdə Azərbaycanı
layiqincə təmsil etmək arzusu ilə gecə-gündüz çalışır.
Deyir ki, arzularım, istəklərim ürəyimdə muncuqlanıb, ağ
vərəqlərə yazdığım hərflər tək düzümlənib. Gələcəkdə
hansı sənəti seçəcəyi isə hələ bir sirr olaraq qalır.
Ən başlıcası budur ki, Banu arzusuna çatmaq üçün səylə
çalışır. Çalışqanlığı isə gələcəkdə qazanacağı uğurlara
sönməz bir işıq salır.
Sifai SƏFƏROVA
"Azərbaycan müəllimi" |