Bakı Ali Neft Məktəbində könüllülük fəaliyyəti ilə bağlı
təlim keçirilib. Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş
şöbəsinin rəisi və Həmkarlar İttifaqının sədri Həbibə
Sadıqlı çıxış edərək könüllülük fəaliyyəti ilə bağlı
danışaraq tələbələrə bu istiqamətdə fəaliyyətlərində öz
məsləhətlərini verib.
Bakı Ali Neft Məktəbinin Tələbə Həmkarlar İttifaqının
sədri Rəvan Adilov Azərbaycanda həyata keçirilən uğurlu
gənclər siyasətindən söz açıb. O, gənclər təşkilatları
və onlarda könüllülük əsaslarla iştirak imkanları ilə
bağlı məlumat verib və tələbələrin suallarını
cavablandırıb.
Təlimdə həmçinin "Bakı-2015" birinci Avropa Oyunlarında
könüllü kimi iştirak edəcək BANM tələbələri öz
fəaliyyətləri barədə ətraflı məlumat veriblər.
İctimaiyyətlə əlaqələr şöbəsi |