"SABAH-ın könüllüsü" 1 iyun - Uşaqların Beynəlxalq
Müdafiəsi Günü münasiətilə Dənizkənarı Milli Parkda
uşaqlar üçün aksiya keçirib.
Dənizkənarı Milli Park İdarəsinin dəstəyi ilə təşkil
olunan aksiya uşaqların "Bakı-2015" 1-ci Avropa
Oyunlarına dəstəyini və onların yaradıcılığını nümayiş
etdirmək məqsədilə təşkil olunub.
"SABAH-ın rəngləri" adlı aksiya çərçivəsində Təhsil
Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülər
tərəfindən Dənizkənarı Milli Parkın xüsusi bir guşəsində
üzəri rənglənə bilən ağ lövhə və boyalar qoyulub. Həmin
lövhə və boyalar buraya uşaqları ilə gələn valideynlərin
diqqətini cəlb edib. "SABAH-ın könüllüsü" tərəfindən
yaxınlaşan valideyn və uşaqlara "Bakı-2015" 1-ci Avropa
Oyunları haqqında məlumat verilib. Daha sonra aksiyanın
iştirakçısı olmaq istəyən uşaqlara rəngarəng boyalar
təqdim olunub. Boyalar təqdim olunduqdan sonra 4 saat
ərzində 150-dən çox uşaq tərəfindən Avropa Oyunlarının
loqosu çəkilib. Şəkil çəkən hər bir uşaq şəklə əl izi
qoyaraq adı və yaşını qeyd edib. "SABAH-ın könüllüsü"
tərəfindən aksiyada iştirak edən uşaqlara Avropa
Oyunlarının rəmzlərini daşıyan hədiyyələr təqdim olunub.
|