Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

Birinci Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək kayakçılar və kanoeçilər müəyyənləşib

 

"Bakı-2015" birinci Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək kayakçılar və kanoeçilər, onların yürüş edəcəkləri məsafələr, eləcə də yarış qrafiki müəyyənləşib. Oyunlarda milli komandanın baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi ilə 7 idmançı mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, kanoeçilərin

mübarizəsində əsas diqqət dördqat dünya və dördqat Avropa çempionu Valentin Demyanenkoya yönələcək. V.Demyanenko birnəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşlərə qatılacaq. Taras Matviyçuk isə birnəfərlik qayıqla (K-1) 1000 metr məsafəyə yürüş edəcək. Aleksey Kuprin və Avropa çempionu Sergey Bezuqlıydan ibarət duet ikinəfərlik qayıqla (C-2) 1000 metr məsafəni qət edəcək.

Kayakçılara gəldikdə isə birnəfərlik qayıqla (K-1) Mirnazim Cavadov 200, Tamerlan Mustafayev 1000 metr məsafəyə yürüşlərə qatılacaqlar. Qadınların mübarizəsində isə Olimpiya çempionu İnna Osipenko-Radomskaya birnəfərlik qayıqla (K-1) 200 və 500 metr məsafələrə yürüş edəcək.

"Bakı-2015" birinci Avropa Oyunlarında kayak və kanoe yarışları iyunun 14-16-da Mingəçevirdəki "Kür" Avarçəkmə Mərkəzində keçiriləcək.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov