Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

SABAH qruplarında təhsil alan könüllülərin fotosərgisi açılıb

 

Böyütmək üçün seçin"SABAH-ın könüllüsü" proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin "Bakı-2015" 1-ci Avropa Oyunlarına dəstəyini ifadə edən fotosərginin açılış mərasimi keçirilib.

"Park Bulvar" AVM-in dəstəyi ilə reallaşdırılan sərginin açılış mərasimində Təhsil Nazirliyinin SABAH İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyev, "Park Bulvar" AVM-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günay Malikqızı, SABAH qruplarının fəaliyyət göstərdiyi 7 ali təhsil müəssisəsini təmsil edən könüllülər və mətbuat nümayəndələri iştirak ediblər.

Sərgiyə "Park Bulvar" AVM-in ev sahibliyi etməsindən məmnunluğunu ifadə edən G.Malikqızı təmsil etdiyi qurumun daim gənclərin və tələbələrin təşəbbüslərini dəstəklədiyi bildirib. O, həmçinin sərgidə nümayiş olunan şəkillərin böyük maraqla qarşılanacağından əmin olduğunu bildirib.

SABAH İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyev çıxışı zamanı könüllülük fəlsəfəsi və onun faydalarından danışıb. O, Avropa Oyunlarının Azərbaycanda könüllülük hərəkatının inkişafına verdiyi töhfələrdən bəhs edib və sərgidə "SABAH-ın könüllüsü"nün fəaliyyətini əks etdirdiyini bildirib.

Sərgidə SABAH qruplarının rəsmi Facebook səhifəsi vasitəsilə keçirilən "SABAH Foto" müsabiqəsinə təqdim edilmiş fotoşəkillər nümayiş olunur. Sərgi "Bakı-2015" 1-ci Avropa Oyunları ərəfəsində ölkə vətəndaşları və paytaxtımıza gələn qonaqlar üçün açıqdır.

Tədbirdə müsabiqə qalibinin adı açıqlanıb. Bildirilib ki, 7 ali təhsil müəssisəsindən olan münsiflər heyətinin səsverməsi əsasında "SABAH-ın könüllüsü" Humay Cavadzadə müsabiqənin qalibi olub və Avropa Oyunlarının açılış mərasiminə bilet qazanıb.

Daha sonra sərgi iştirakçıları Cəfər Sadiq və Leyla Hüseynlinin çıxışları dinlənilib. Onlar Avropa Oyunlarının tələbələrə verdiyi faydalardan və çəkdikləri şəkillərdən bəhs ediblər.

Nümayiş olunan fotoşəkillərdə "SABAH-ın könüllüsü"nün tələbə həyatı, könüllülük fəaliyyəti və Avropa Oyunlarının onlara təsiri öz əksini tapıb. Fotoşəkillərdə, həmçinin tələbələrin fəaliyyəti ilə yanaşı, "Bakı 2015" 1-ci Avropa Oyunlarının rəmzləri və oyunların əhatə etdiyi idman növləri təsvir olunub. Sərgidə nümayiş olunan fotoşəkilləri SABAH qruplarının rəsmi Facebook səhifəsinə (www.facebook.com/sabah.edu.gov.az) daxil olmaqla nəzərdən keçirmək mümkündür.

Məlumat üçün qeyd edək ki, "SABAH-ın könüllüsü" proqramı SABAH qrupları tələbələrinin akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, onların sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiqi, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov