Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

Bakı Ali Neft Məktəbində görüş keçirilib

 

Böyütmək üçün seçin"SOCAR TurkeyEnergy" şirkətinin Baş icraçı direktoru və Petkim şirkətinin İdarəetmə Şurasının üzvü cənab Kənan Yavuz Bakı Ali Neft Məktəbində (BANM) olub və Elmi Şuranın üzvləri ilə görüşüb.

Elmi Şuranın sədri, BANM-in rektoru Elmar Qasımov qonağı salamlayaraq ali təhsil müəssisəsinin yaranma tarixi, qarşısında duran vəzifələri, əldə olunmuş nailiyyətləri haqqında məlumat verib. Rektor tədris prosesinin ingilis dilində, müasir proqramlar və texnologiyalar əsasında və istehsalla sıx əlaqədə həyata keçirildiyini bildirib və Türkiyədə inşa edilən müasir tipli sənaye müəssisəsi olan Petkim şirkəti ilə əməkdaşlıq əlaqələrinin ali məktəb üçün böyük maraq kəsb etdiyini vurğulayıb.

Kənan Yavuz Azərbaycan və Türkiyə xalqlarının çoxəsrlik dostluq münasibətindən, Azərbaycanın müstəqillik əldə etdikdən sonra iki qardaş xalqın və dövlətin bir çox dünya miqyaslı layihələrə imza atmasından, Petkim-in bu layihələrin sırasında ən önəmli yerlərdən birini tutmasından və hər iki ölkənin rəhbərlərinin diqqət mərkəzində olmasından danışıb. Cənab Yavuz Petkim-in yaranması və inkişafı ilə bağlı Elmi Şuranın üzvlərini məlumatlandırıb, BANM ilə mütəxəssis hazırlığında əməkdaşlığa hazır olduğunu bildirib. O, tədris prosesində gənclərə təkcə mühəndis-texniki biliklərin verilməsini yox, həm də onlara vətənpərvərlik, dövlətçilik, ümumxalq marağına xidmət, ənənələrə hörmət hisslərinin aşılanmasının vacibliyini vurğulayıb.

Daha sonra Petkim şirkəti ilə BANM arasında əməkdaşlığın perspektiv istiqamətləri vurğulanıb.

Görüşün sonunda qonağa Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq" diplomu təqdim edilib.  

İctimaiyyətlə əlaqələr şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov