Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

Təhsil Problemləri İnstitutunda istedadlı uşaqlarla bağlı tədbir

 

Böyütmək üçün seçin Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda növbəti "Pedaqoji innovasiyalar" seminarı çərçivəsində "İstedadlı uşaqlarla  işin istiqamətləri"  mövzusunda məşğələ keçirilib.  Tədbiri institutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov açaraq istedadların hər bir cəmiyyətin milli sərvəti, inkişafının strateji ehtiyatları olduğunu bildirib, ölkəmizdə istedadların üzə çıxarılması və inkişafı istiqamətində görülən işlərdən danışıb.  Qeyd edib ki,  "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın icrası ilə bağlı Təhsil Nazirliyi və digər qurumlar tərəfindən zəruri başlanğıcların təməli qoyulmuşdur. Həmin mütərəqqi başlanğıcların mütəşəkkil, səmərəli və elmi əsaslarla inkişaf etdirilməsi üçün elmi və tətbiqi tədqiqatların davam etdirilməli, təcrübə meydançaları yaradılmalı, bu işdə beynəlxalq təşkilatlar və milli qurumlarla əməkdaşlığın intensivləşdirilməli olduğunu deyən Qulu Novruzov  iştirakçılara bu istiqamətdəki fəaliyyətlərində uğurlar diləyib.

Tədbirdə TPİ-nin  İstedadlı uşaqlarla iş şöbəsinin  müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Elxan Bəylərov institutun inklüziv təhsil şöbəsinin böyük elmi işçisi Fərid Süleymanovla birlikdə  Türkiyənin Antalya şəhərində keçirilmiş  seminar-konfransda iştirakları  barədə məlumat verib.

Türkiyənin Beynəlxalq Xüsusi İstedada Malik Uşaqların Təhsili Proqramları təşkilatının təşəbbüsü ilə keçirilən "Üstün Zekalı ve  Yetenekli Çocukların Eğitiminde Farklılık Zirvesi" seminar-konfransında iştirak edən əməkdaşlar səfərləri barədə geniş hesabat-məruzə ilə çıxış ediblər.  Uşaqların istedad potensialını aşkarlayıb onları cəmiyyətə faydalı şəxsiyyətlər kimi yetişdirmək məqsədi ilə təşkilatın müxtəlif proqramları icra etdiyi qeyd olunub.

Sonra seminar-məşğələ iştirakçıları mövzu ətrafında geniş müzakirələr aparıblar.   

TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov