Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

İbtidai sinif müəllimləri və inzibati heyət işçiləri mükafatlandırılıb

 

Mayın 4-də informasiya-kommunikasiya texnologiyaları savadlılığının artırılması üzrə təlimlərdə iştirak edən ibtidai sinif müəllimləri və inzibati heyət işçilərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmiləri, ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər.

Mərasimdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov təhsildə İKT-dən istifadənin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Nazir müavini 2014-2015-ci tədris ilində 50-dən artıq elektron dərsliyin e-resurs.az saytına yerləşdirildiyini bildirib və yeni tədris ilində bu rəqəmin 80-ə çatdırılacağını vurğulayıb.

Tədbirdə informasiya-kommunikasiya texnologiyaları sahəsində savadlılığın artırılması üzrə keçirilən təlimlər barədə məlumat verilib. Bildirilib ki, ilkin olaraq 3320 nəfər ibtidai sinif müəllimi və inzibati heyət qiymətləndirilmədə iştirak edib. Bunlardan 519 nəfər İKT sahəsində baza biliklərinə malik olduğu üçün təlimlərə cəlb olunmadan birbaşa sertifikata layiq görülüb.

Çıxışlardan sonra qiymətləndirmədən uğurla keçən iştirakçılara sertifikatlar, kompüterlər və "Prometan" lövhələr təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov