Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar
xətt" xidməti, telefon: 146), Kommutator xidmətinə daxil
olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində
2015-ci ilin may ayında vətəndaşlara göstərilən
xidmətlərlə bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 8285 zəng
(2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5 dəfə çox,
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 2 dəfə çox)
və Kommutator xidmətinə 3500-ə yaxın zəng daxil olub.
Vətəndaşların Qəbulu Mərkəzində isə 4326 vətəndaşa
xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu
Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu
xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və
operativ həll olunub. 757 vətəndaş sorğularına uyğun
olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq
məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu
Mərkəzində 1346 sənəd (394 ərizə, 829 məktub, 123 digər
sənədlər) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin
(diplomların) tanınması (nostrifikasiya), ali təhsil
müəssisələrinə bərpası və köçürülməsi, ümumtəhsil
məktəblərinin I siniflərinə qəbul, ümumtəhsil
müəssisələrində şagirdlərin yerdəyişməsi, müəllimlərin
işə qəbulu, gənclərin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramında iştirakı, qriflərin verilməsi və
attestatların alınması ilə bağlı məsələlər əksini tapıb.
Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində
ən çox həftənin çərşənbə axşamı (1863 zəng) və cümə
(2060 zəng) günləri əsasən, saat 11:00-dan 13:00-dək və
14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların
Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı
(1037 müraciət) və cümə (1052 müraciət) günləri, əsasən,
saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət
edilib.
www.edu.gov.az |