Lvovda
yeniyetmələr arasında boks üzrə Avropa birinciliyində
Azərbaycan millisi 2 qızıl, 2 gümüş və 2 bürünc medal
qazanıb.
Birincilikdə 60 kiloqram çəki dərəcəsində mübarizə
aparan Bəxtiyar Qazıbəyov finalda Türkiyə boksçusu
Tugrulhan Erdəmiri məğlub edərək fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb. Məhəmməd Abdullayev (80 kq-dan
yuxarı) də Avropa birinciliyinin qızıl medalına sahib
olub. Cavid Huseynov (48 kq) finalda Artyom Demyanenkoya
(Ukrayna) uduzaraq gümüş medalla kifayətlənib.
Niyaməddin Allahverdiyev (52 kq) də qitə birinciliyini
ikinci pillədə başa vurub. Orxan Həsənov (54 kq) və Şaiq
Məlikov (70 kq) turnirin bürünc medalına sahib olublar.
Azərbaycan yığması ümumi komanda hesabında Ukraynadan
sonra ikinci yeri tutub. |