Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Bakı-2015" I
Avropa Oyunlarının proqramına daxil olan idman
növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş
zona yarışları davam edir.
Bu kütləvi idman tədbirləri çərçivəsində Qazax rayonunda
boks idman növü üzrə zona yarışı keçirilib. Qazax
Olimpiya İdman Kompleksində keçirilən zona yarışında
Tovuz, Şəmkir, Daşkəsən, Qazax, Tərtər, Kəlbəcər,
Goranboy, Bərdə rayonlarının və Naftalan, Mingəçevir,
Gəncə şəhərlərinin 100-ə yaxın boksçusu 15 çəki
dərəcəsində birincilik uğrunda mübarizə aparıb.
Komanda hesabında 1-ci yeri Gəncə şəhərinin, 2-ci yeri
Qazax, 3-cü yeri Tərtər rayonunun komandaları tutub.
Daha bir idman yarışı Şəki Olimpiya İdman Kompleksində
baş tutub. Burada məktəblilər arasında stolüstü tennis
idman növü üzrə zona yarışı keçirilib. 9 komanda üzrə
100-dən çox idmançının mübarizə apardığı yarışda komanda
hesabında oğlanlar arasında 1-ci və 2-ci yerləri Şəki,
3-cü yeri Qax, qızlar arasında 1-ci yeri Şəki, 2-ci yeri
Ağdaş, 3-cü yeri Qax rayonunun komandaları tutub.
Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin,
yerli icra orqanlarının və idman ictimaiyyətinin
nümayəndələri iştirak ediblər.
Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə
təltif olunub.
www.edu.gov.az |