Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə Bakı şəhəri 81
nömrəli tam orta məktəbdə "Yurdum bu gün" esse
müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
"Yurdum bu gün" layihəsinin keçirilməsində məqsəd
tələbə-gəncləri Qarabağın tarixi, mədəniyyəti,
etnoqrafiyası barəsində esselərin yazılmasına
yönləndirmək və bu mövzuda publisistik yazıların
kütləviləşdirilməsidir.
Layihənin rəhbəri 81 nömrəli tam orta məktəbin 2011-ci
il məzunu, hazırda Bakı Dövlət Universitetinin tarix
fakültəsinin tələbəsi Zaur Abdullayevin sözlərinə görə,
gənclər layihəyə böyük maraq göstəriblər.
"Yurdum bu gün" layihəsində iştirak üçün göndərilmiş
məqalələr ekspertlər tərəfindən dəyərləndirilərək ən
yaxşı məqalələr seçilib. Həmin məqalələrin müəllifləri
olan Murad Kərimov, Günel Həsənova və Sevinc Abdullayeva
öz məqaləsi haqda şagirdlər qarşısında təqdimat ediblər.
Sonda qaliblər sertifikatlar və qiymətli hədiyyələrlə
mükafatlandırılıb.
Hüseyn İSMAYILOV,
ATGTİ-nin mətbuat katibi |