Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

Əlillikdən uzaq, əlillərə yaxın olaq

 

Gəncə Dövlət Universitetində Tempus-ESFİDİP "Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması" layihəsinə əsasən "Əlillikdən uzaq, əlillərə yaxın olaq" mövzusunda seminar keçirilib.

Təbliğat xarakterli seminarda universitetin inzibati heyəti, psixologiya və pedaqogika kafedrasının müdirləri və müəllimləri, şəhərdə fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatlarının əməkdaşları iştirak ediblər.

Universitetin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə seminarı giriş sözü ilə açaraq layihənin qərb bölgəsi üzrə önəmindən danışıb. Beynəlxalq əlaqələr şöbəsinin müdiri, eləcə də layihənin universitet üzrə koordinatoru Ruslan Məmmədov layihə haqqında ətraflı təqdimat edib. Təqdimatda indiyə qədər görülən işlər və perspektiv fəaliyyətlə bağlı iştirakçılara məlumat verilib. Beynəlxalq əlaqələr şöbəsinin baş metodisti, layihənin işçi qrupunun üzvü Farizə İsmayılzadə Avropada keçdiyi təlimlər haqqında danışıb. Ümumi pedaqogika kafedrasının baş müəllimi Lamiə Nağıyeva, informatika kafedrasının müəllimi Vasif Həsənov layihə çərçivəsində Avropada keçirilən təlimlərdə öyrəndikləri məsələlərdən bəhs ediblər.

"Əlil Təşkilatlar İttifaqı"nın Gəncə şəhər üzrə nümayəndəsi Elmira İsmayılova öz çıxışında inklüziv və xüsusi təhsildən bəhs edib, müxtəlif əlillik dərəcəsi olan şəxslərin ali təhsil müəssisələrində təhsil almaları üçün bu layihənin həyata keçirilməsinə dəstək olacaqlarını bildirib.

Seminarda qeyd edilib ki, universitet nəzdində açılacaq "Əlil tələbələrə dəstək mərkəzi"nin növbəti tədris ilindən fəaliyyətə başlaması gözlənilir.  

Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov