Bakıdakı Elşən Məhərrəmov adına 137 nömrəli tam orta
məktəbdə "Ailə, uşaq, məktəb və valideyn əlaqələrinin
möhkəmləndirilməsində ictimaiyyətin rolu" mövzusunda
konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan məktəbin direktoru Mətanət
Abdullayeva tədbirin əhəmiyyətindən söz açıb.
Sonra Təhsil Problemləri İnstitutunun Təhsilin idarə
olunması və iqtisadiyyatı şöbəsinin müdiri, pedaqoji
elmlər doktoru, professor, əməkdar müəllim Piralı
Əliyev, məktəbin tərbiyə işləri üzrə direktor müavini
Azadə Əliyeva, I-IV sinif rəhbərlərinin
metodbirləşməsinin sədri Sənubər Musayeva, məktəb
valideyn komitəsinin sədri, sosioloq Samir Ağaməmmədov
mövzu ətrafında məruzə ediblər.
Konfrans bir də onunla əlamətdar olub ki, 46 il
pedaqoli fəaliyyəti olan məktəbin ibtidai sinif
müəllimi Mələk Əhmədova xoş arzularla təqaüdə yola
salınıb və məktəb rəhbərliyi tərəfindən fəxri
fərmanla təltif edilib.
Sonra beynəlxalq və respublika səviyyəli idman
yarışlarında qələbə qazanan şagirdlər - Səbinə
Qədirova, Müsəllim Novruzov, Ramin Məmmədzadə, Əli
Qasımov, Fuad Allahverdiyev və başqaları fəxri fərman və
diplomla mükafatlandırılıblar.
Konfrans Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
muğam müsabiqəsi qaliblərinin və məktəbin özfəaliyyət
ansamblının maraqlı konsert proqramı ilə başa çatıb.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |