"Naxçıvan" Universitetində "Ana dilimizin aktual
problemləri" mövzusunda elmi konfrans keçirilib.
Konfransı ali təhsil ocağının tədris işləri üzrə
prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim
Kazımbəyli açaraq keçirilən tədbirin məqsəd və
mahiyyətindən danışıb.
Konfransda Azərbaycan dili və ədəbiyyat kafedrasının
müəllimləri professor Sədaqət Həsənovanın "Azərbaycan
dilçiliyinin dialektologiya ilə bağlı problemləri",
Mədəd Səfərovun "Doğma dilimiz milli dəyərlərimizin
özülüdür", dosent Qənirə Əsgərovanın "Dilimizin
orfoqrafik problemləri" və Nicat Yaqubovun "Azərbaycan
ədəbi dilinin qorunmasında telekanalların rolu və
televiziya aparıcılarının dili" mövzularında çıxışları
olub. Çıxışlarda dilimizin aktual problemlərindən bəhs
edilib.
Vurğulanıb ki, ana dili bizim milli sərvətimizdir.
Dövlət dilinin qorunması dövlət sərhədinin qorunması
qədər vacib məsələdir və ümummilli vəzifə kimi dərk
olunmalıdır. Ana dili bizim mənəvi kimliyimiz və ən
böyük milli dəyərlərimizdən biridir. Hər bir insan
kimliyindən, hansı vəzifəni daşımasından asılı
olmayaraq, ana dilini mükəmməl bilməlidir, onun
qanun-qaydalarına riayət etməyə borcludur.
"Naxçıvan" Universitetinin Mətbuat xidməti |