Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

Qafqaz Universiteti 18-ci buraxılışını qeyd etdi

 

Böyütmək üçün seçin22 il öncə-1993-cü ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan və özü ilə təhsilimizə yeni ab-hava gətirən Qafqaz Universitetinin bu il 18-ci buraxılışı oldu. Bu münasibətlə mayın 23-də universitetdə ənənəvi məzun  mərasimi düzənlənmişdi. "Qafqazdan dünyaya" adlanan və universitetin professor-müəllim və tələbə heyətlərinin nümayəndələri ilə yanaşı  Milli Məclisin deputatlarının,Təhsil Nazirliyindən, Abşeron Rayon İcra Hakimiyyətindən, digər ali məktəblərdən qonaqların,  valideynlərin də iştirak etdikləri   proqram builki bakalavr və magistr məzunların fəxri diplomlarını alaraq  tədbirə gəlişi ilə başlandı. Ulu öndər Heydər Əliyevin, vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizələrdə şəhid olmuş həmvətənlərimizin, eləcə də mayın 19-da  Bakının Binəqədi rayonundakı çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərasimi giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç  öncə qonaqları salamlayaraq  bu gözəl gündə universitetin kollektivi ilə birlikdə olduqları üçün onlara təşəkkürünü bildirdi. Sonra rektor bu il universitetdən məzun olan 674 bakalavrı və 286 magistri, onların ailələrini təbrik etdi.  4 min tələbəsi olan  universitetlərinin 5 mindən çox məzununun hazırda Azərbaycanla yanaşı dünyanın 67 ölkəsində təhsil almaqda və çalışmaqda olduğunu deyən A.Saniç onların uğurlarına həm sevindiklərini, həm də qürur hissi keçirdiklərini söylədi. Rektor diqqətə çatdırdı ki, ümummilli lider Heydər Əliyev hər zaman Qafqaz Universitetinin inkişafı ilə yaxından maraqlanırdı. Bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyev cənabları universitetimizə eyni diqqəti və qayğını göstərməkdədir.  Prezident İlham Əliyevin  yeritdiyi məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycanın sürətlə inkişaf edən və nümunəvi bir ölkə olduğunu vurğulayan professor Ahmet Saniç  məzunlara müraciət edərək Avropa məkanına çevrilməkdə olan ölkəmizin onlar kimi yüksək  praktik və nəzəri biliklərə yiyələnmiş  gənc mütəxəssislərə  çox ehtiyacı olduğunu  söylədi və universitetdə aldıqları biliklərlə kifayətlənməyib həmişə yenilikləri davamlı olaraq izləməyi tövsiyə etdi.

Sonra  məzun tədbirlərində ənənəvi olaraq  keçirilən mükafatlandırma mərasimi oldu.  Tədris ili ərzində müxtəlif olimpiadalarda, digər bilik yarışlarında, müsabiqələrdə fərqlənmiş, təhsil nəticələrinə əsasən bölmə, fakültə, universitet birincisi olmuş məzunlar xatirə plaketləri  və qiymətli hədiyyələrlə mükafatlandırıldılar. Hədiyyələri qaliblərə təqdim edən  Təhsil Nazirliyinin əməkdaşı Sülhəddin Gözəlov, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Milli Məclisin deputatı Fazil Mustafa,  Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərov və b. məzunları təbrik etdilər, onlara  gələcək əmək və təhsil fəaliyyətlərində uğurlar arzuladılar. Mərasimin sonunda ən yüksək balla (100 bal) universitet birincisi olmuş bakalavr pilləsi üzrə məzun Hüseyn Abdulla  çıxış edərək universitetin rəhbərliyi və professor-müəllim heyətinə minnətdarlığını bildirdi, ürək sözlərini bölüşdü. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov