Mayın
27-də təhsil üzrə ekspertlər və QHT nümayəndələri
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) yaz
imtahan sessiyasının gedişini izləyiblər.
Prosesdə əməkdar elm xadimi, professor, təhsil üzrə
ekspert Şahlar Əsgərov, "XXI əsr" Təhsil Mərkəzi İctimai
Birliyinin rəhbəri Etibar Əliyev, Korrupsiyaya Qarşı
Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq
Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, "Multimedia"
İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin
direktoru, Azərbaycan İnternet Forumunun prezidenti
Osman Gündüz, Gənc Alim, Aspirant və Magistrlər
Cəmiyyətinin sədri, AMEA Gənclərin İntellektual İnkişaf
Mərkəzinin direktoru İlqar Orucov və Sosial Təşəbbüslərə
Dəstək İctimai Birliyinin sədri Hüseyn İbrahimov iştirak
ediblər.
Ekspertlər tələbələrlə ünsiyyətdə olub və imtahan
prosesinin şəffaf şəkildə aparıldığını qeyd ediblər.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |