Mayın
29-da Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət
göstərən "Gənc istedadlar" liseyində "Son zəng"
keçirilib.
Rektor, akademik Abel Məhərrəmov məzunları və
onların valideynlərini təbrik edib, hər il olduğu kimi
bu il də liseyi bitirən məzunların hamısının tələbə
adına layiq görüləcəyinə, xalqımızın gələcəyi naminə
görülən böyük işlərin iştirakçılarına çevriləcəyinə
inandığını bildirib.
Rektor liseyin 8 illik fəaliyyəti dövründən danışıb,
məzunlarının dünyanın nüfuzlu universitetlərində təhsil
aldığını vurğulayıb. Akademik Abel Məhərrəmov liseyin
məzunlarına və şagirdlərinə öz tövsiyəsini verib, onları
bir daha təbrik edib.
Liseyin direktoru, professor Qasım Hüseynov bu il
liseyin
57 nəfər məzununun yüksək bal toplayıb istədikləri ali
məktəblərə qəbul olacağına inandığını bildirib.
Daha sonra valideynlər adından Sənan Babayev, məzunlar
adından keçən il 695 balla ən yüksək nəticə göstərən
Mustafa Hacıyev çıxış ediblər.
Tədbir lisey şagirdlərinin hazırladıqları proqramla
davam edib.
Mətbuat və informasiya şöbəsi |