Naxçıvan
Dövlət Universitetində incəsənət fakültəsinin musiqi
təlimi kafedrasının solo oxuma ixtisası üzrə təhsil alan
tələbələrinin 28 may - Respublika Gününə həsr olunmuş
konserti olub.
Konsertin proqramında Azərbaycan klassik musiqisinin
görkəmli nümayəndələri Üzeyir Hacıbəyli, Ramiz Mirişli,
Tofiq Quliyev, Fikrət Əmirov və Rauf Hacıyevin ölməz
bəstələri səsləndirilib. Tələbələrdən Nurbəniz
Niftəliyeva, Məhərrəm Quliyev, Vəli Nəsirov, Nigar
İbrahimova, Bəhruz Quliyev, Rahim Əsgərzadə və
başqalarının oxuduğu mahnılar tamaşaçı alqışları ilə
müşayiət olunub. Tələbələrin ifa etdikləri musiqi
nömrələri onların musiqi nəzəriyyəsinə, sənətkarlıq
səriştəsinə yiyələnməkdə olduqlarını təsdiqləyib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh
Məhərrəmov tədbirin 1918-ci ildə müsəlman Şərqində ilk
dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq
Cümhuriyyətinin yarandığı gündə - 28 may - Respublika
Günü ərəfəsində keçirildiyini nəzərə çatdırıb. Rektor,
bu cür konsertlərin keçirilməsinin böyük əhəmiyyəti
olduğunu vurğulayıb, müəllim və tələbələrə gələcəkdə
repertuarlarını daha da genişləndirməyi tövsiyə edib.
Mina QASIMOVA |