Bakı
Dövlət Universitetində 28 may - Respublika Gününə həsr
olunmuş tədbir keçirilib.
Rektor, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını
bu əlamətdar gün münasibətilə təbrik edib. Müsəlman
Şərqində ilk dünyəvi demokratik dövlətin
yaradılmasından, Xalq Cümhuriyyəti yaradıcılarının
tarixi xidmətlərindən, bu əlamətdar hadisənin
millətimizin tarixi yaddaşında Azərbaycan
dövlətçiliyinin ilk təcrübəsi kimi qoyduğu izlərdən bəhs
edib. Rektor bildirib ki, 1991-ci ildə Azərbaycan
yenidən öz müstəqilliyini bərpa etsə də, müstəqil
siyasət apara bilmir, ölkədə baş alıb gedən xaos
müstəqilliyimizi təhlükə altına alırdı. Belə bir məqamda
xalqın təkidli tələbi ilə ümummilli lider Heydər
Əliyevin hakimiyyətə qayıdışı vətəndaş müharibəsi
təhlükəsinin qarşısını almaqla ölkəni parçalanma,
dağılma təhlükəsindən xilas etdi. Ulu öndərin
hakimiyyəti dövründə Azərbaycan beynəlxalq səviyyədə
çox böyük uğurlara imza atdı və həmin siyasət bu gün
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir.
Daha sonra BDU-nun professoru, millət vəkili Musa
Qasımlı, akademik Vasim Məmmədəliyev, tələbələr adından
isə hüquq fakültəsinin tələbəsi Nihad Səmidzadə çıxış
ediblər.
Mətbuat və informasiya şöbəsi |