Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

Müsabiqələrin qalibləri mükafatlandırılıb

 

Böyütmək üçün seçinMayın 26-da Təhsil Nazirliyi və Mərkəzi Bankın birgə təşkilatçılığı ilə "Həyat bilgisi və maliyyə savadlılığı", "Bu günün qənaəti sabahın təminatıdır" mövzularında keçirilmiş respublika müsabiqələri qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Müsabiqələrin keçirilməsində məqsəd şagird və müəllimlər tərəfindən maliyyə savadlılığı mövzusunda elektron təhsil resursları, pul yığımı və qənaətcilliklə bağlı qısametrajlı filmlərin hazırlanması və bu yolla onların maliyyə savadlılığının artırılması istiqamətində maarifləndirmə işlərinin aparılmasıdır.

Müsabiqələr "Maliyyə savadlılığına aid ən yaxşı resurs" və "Şagirdin məqsədli qənaəti" nominasiyaları üzrə www.musabiqe.edu.az  saytı vasitəsilə keçirilib. Müsabiqələrin I mərhələsinə ümumilikdə 223 iş təqdim olunub.

Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, həmçinin Mərkəzi Bankın nümayəndələri, ümumi təhsil müəssisələrinin müəllimləri, şagirdlər iştirak ediblər.

Ceyhun Bayramov çıxışında belə müsabiqələrin əhəmiyyətini vurğulayıb. Nazir müavini qeyd edib ki, qloballaşan dünyada insanın özünü təsdiq etməsi, müasir zaman tələblərinə cavab verməsi üçün praktiki bilik və səriştəyə yiyələnməsi zəruridir. İstedadlı uşaqların erkən yaşdan müəyyən olunması və onların qayğı ilə əhatə edilməsinin vacibliyindən danışan Ceyhun Bayramov təhsil islahatlarında bu amilin nəzərə alındığını qeyd edib.

Sonra çıxış edənlər hər iki müsabiqənin şagird və müəllimlərin maliyyə savadlılığının artırılmasına müsbət təsiri barədə fikirlərini açıqlayıblar.

Sonda qaliblərə mükafatlar təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov