Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun "Son zəng" təbriki

 

Əziz məzunlar! Bu gün siz məktəbi bitirməklə, həyatınızın növbəti mərhələsinə qədəm qoyursunuz.

Hər bir ölkənin xoşbəxt gələcəyi onun vətəndaşlarının intellektual potensialına və bacarığına bağlı olması ilə bərabər, müasir çağırışlar şəraitində onlardan fərdi məsuliyyət və təəssübkeşlik tələb edir. Bu baxımdan siz tükənməz gənclik enerjinizlə fəal vətəndaş nümunəsinə çevrilməlisiniz.

Bu gün qarşımızda duran mühüm vəzifələrdən ən önəmlisi vətəndaşlıq mövqeyindən çıxış edərək, müstəqil dövlətçiliyimizin daha da qüdrətlənməsi naminə yorulmadan çalışmaqdır. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, müstəqilliyimiz bizim ən böyük dəyərimiz, ən böyük sərvətimizdir.

Sizin məzun olmağınızla əlamətdar olan bu il bütün Azərbaycan üçün mühüm hadisələrlə yadda qalacaq. Cəmi iki həftədən sonra ölkəmizdə I Avropa Oyunlarına start veriləcək. Bu möhtəşəm tədbirdə hər birimizdən yüksək vətəndaşlıq mövqeyi tələb olunur.

Siz seçəcəyiniz həyat yolunda dəyişən dünyanın tələblərinə uyğun olaraq yetişməli, seçimlərinizdə düşünülmüş qərarlara üstünlük verməlisiniz. Müstəqil həyatınızda uğur qazanmaq üçün daim öyrənməli, istedad və bacarığınızı yeni biliklərlə cilalamalı və təşəbbüskar düşüncə daşıyıcısı olmalısınız.

İndi sizin qarşınızda duran əsas məsələlərdən biri gələcək həyatınızın bağlı olacağı peşəni müəyyənləşdirməkdir. Peşə seçimi insanların həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. İstəyə və məhəbbətə əsaslanan seçim insana uğur qazandırır, öz sənətinin əsl peşəkarına çevirir.

Əziz məzunlar! Sizi "Son zəng" münasibətilə bir daha ürəkdən təbrik edir, gələcək həyatınızda uğurlar arzulayıram!

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov