Təhsil
Nazirliyinin tövsiyəsinə əsasən, bu il ölkəmizin ümumi
təhsil müəssisələrində "Son zəng" tədbirlərinin mayın 29
və 30-da məktəb ərazisində keçirilməsi nəzərdə tutulub.
5 günlük tədris həftəsi ilə işləyən orta məktəblər
məktəb həyatının bu ən yaddaqalan tədbirini dünən artıq
keçiriblər. Bu gün isə "Son zəng" 6 günlük tədris
həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində təşkil
olunacaq. Təhsil Nazirliyindən aldığımız məlumata görə,
2014-2015-ci tədris ilində ölkəmizin ümumi təhsil
müəssisələrinin IX siniflərini 111839, XI siniflərini
90557, qiyabi və axşam məktəblərinin XII siniflərini isə
820 nəfər şagird bitirəcək. Xatırladaq ki, ötən tədris
ilində respublikanın ümumi təhsil müəssisələrinin IX
siniflərindən 118206, XI siniflərindən 86797, qiyabi və
axşam məktəblərinin XII siniflərindən isə 754 məzun olub.
Məzunları təbrik edir, gələcək həyatlarında və
təhsillərində onlara uğurlar arzulayırıq. |