Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

"Cırtdan" növü üzrə yarış başa çatıb

 

Böyütmək üçün seçinBakıdakı 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan "Cırtdan" növü üzrə yarış keçirilib. İdman məktəbinin direktoru Cəmil Fətullayevdən aldığımız məlumata görə, yarışın açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVII spartakiadanın baş hakiminin müavini Salman  Əbdülov  və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul işçisi, XXVII spartakiadanın baş katibi Valentina  Sultanova  iştirakçıları salamlayıb, onlara müvəffəqiyyətlər arzulayıblar. İbtidai sinif şagirdləri arasında yarış 5 növ üzrə - kütləvi gimnastik hərəkətlər, yerindən uzunluğa tullanma estafeti, topların və halqaların istifadəsi ilə qarşılıqlı estafet, basketbol topunun aparılması estafeti və qapıya qol vurma növləri üzrə keçirilib.  Yarışın nəticəsinə görə I yeri Nərimanov rayonunu təmsil edən Bakı Modern Məktəbinin komandası, II yeri Xətai rayonunu təmsil edən 269 nömrəli tam orta məktəbin komandası, III yeri Səbail rayonunu təmsil edən 160 nömrəli klassik gimnaziyanın komandası tutublar.

XXVII spartakiadanın dama, şahmat, stolüstü tennis, basketbol (qızlar), basketbol (oğlanlar), voleybol (qızlar), voleybol (oğlanlar), dördnövçülük (qızlar), dördnövçülük (oğlanlar), mini-futbol, güllə atıcılığı və "Cırtdan" növləri üzrə yarışlarından sonra Nərimanov rayonu I yeri, Xətai rayonu II yeri, Sabunçu rayonu III yeri, Səbail rayonu  IV yeri tutublar.

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov