Azərbaycanın
ağır atleti, "Təhsil" Respublika İdman Mərkəzinin 1
nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Əfqan Bayramov
təkanla ağırlıqqaldırma üzrə Avropa çempionu olub.
"Təhsil" Respublika İdman Mərkəzinin və idman
məktəbinin ağır atletika bölməsinin baş məşqçisi,
əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar
məşqçi, beynəlxalq dərəcəli hakim Vahid Nəzərovdan
aldığımız məlumata görə, onun yetirməsi Ə.Bayramov
Gürcüstanın Tbilisi şəhərində keçirilən ağırlıqqaldırma
üzrə Avropa çempionatında 77 kiloqram çəki dərəcəsində
mübarizə apararaq təkanla qaldırmada birinci cəhddə 180,
ikinci cəhddə isə 192 kiloqramın öhdəsindən bacarıqla
gəlib. Bununla da o, təkanla ağırlıqqaldırmada Avropa
çempionu olub.
Qeyd edək ki, Əfqan Bayramov birdən qaldırma üzrə
yarışda 141 kiloqram nəticə göstərib. Ümumilikdə isə 333
kiloqram nəticə ilə V-VI yerləri bölüşüb. |