"Bakı-2015"
I Avropa Oyunlarının proqramına daxil edilmiş idman
növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş
kütləvi idman tədbirləri çərçivəsində zona yarışları
davam edir.
Sumqayıt şəhərində çimərlik futbolu üzrə keçirilən
yarışda Sumqayıt şəhərinin, Xızı, Quba, Qobustan, Qusar,
Siyəzən, Qubadlı, Xaçmaz, Abşeron və Şabran rayonlarının
komandaları birincilik uğrunda mübarizə aparıb. Komanda
hesabında 1-ci yeri Sumqayıt şəhərinin, 2-ci yeri Xaçmaz,
3-cü yeri Quba rayonunun komandaları tutublar.
Sumqayıt şəhərində daha bir idman yarışı Sumqayıt
Olimpiya İdman Kompleksində baş tutub. Məktəblilər
arasında stolüstü tennis üzrə zona yarışında Sumqayıt
şəhərinin, Xızı, Quba, Qusar, Siyəzən, Xaçmaz, Abşeron,
Şabran rayonlarının 80 nəfərdən çox idmançısı mübarizə
aparıb. Komanda hesabında oğlanlar arasında 1-ci və 3-cü
yerləri Şabran rayonunun, 2-ci yeri Sumqayıt şəhərinin,
qızlar arasında 1-ci yeri Şabran rayonunun, 2-ci yeri
Sumqayıt şəhərinin, 3-cü yeri Quba rayonunun komandaları
tutublar.
Qax rayonunda taekvondo idman növü üzrə zona yarışı
keçirilib. Qax Olimpiya İdman Kompleksində keçirilən
məktəblilər arasında zona yarışında qalib adı uğrunda
mübarizəyə 100 nəfərə yaxın idmançı qatılıb. Komanda
hesabında 1-ci yeri Qax, 2-ci yeri Qəbələ, 3-cü yeri
Zaqatala rayonunun komandaları tutublar.
Sabirabad rayonunda isə basketbol idman növü üzrə zona
yarışları davam etdirilib. Sabirabad Olimpiya İdman
Kompleksində keçirilmiş yarışda 10 rayonun komandaları
mübarizə aparıblar. Yarışın nəticələrinə əsasən 1-ci
yerə Hacıqabul, 2-ci yerə Saatlı, 3-cü yerə Sabirabad
rayonunun komandaları layiq görülüb.
Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və
medallarla təltif olunub. |