Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Sinif müəlliminin "açıq dərs"i keçirilib

 

Böyütmək üçün seçinBakı  şəhər 51 nömrəli  tam orta məktəbdə    ibtidai sinif müəllimi  Səkinə Sadıqovanın IV "a"  sinfində riyaziyyatdan "Həndəsi fiqurlar" mövzusunda   "açıq dərs"i olub.   Müəllim bu ümumiləşdirici  dərsdə böyük və kiçik qruplarla iş təlim formasında və  interaktiv təlim metodlarından  istifadə edərək,  şagirdlərin fəallığının artırılmasını, həndəsi fiqurlara aid anlayışların və qaydaların onlar tərəfindən  şüurlu surətdə dərk edilməsini ən vacib hal kimi  diqqət mərkəzində saxlayıb.  Dərsin müəllim-şagird dialoqu əsasında interaktiv təlim ruhuna uyğun təşkili  keçilən mövzunun sinfin əksəriyyəti tərəfindən yüksək səviyyədə mənimsənilməsinə şərait yaradıb.

Səkinə Sadıqova yeni dərsin izahı ilə yanaşı,  riyaziyyat  fənnindən bu günə kimi keçilən mövzuların mənimsənilmə səviyyəsini yoxlamaq məqsədilə şagirdləri slayd vasitəsilə hazırlanmış testlərlə sorğu-sual  edib.  Şagirdlərdən  Züleyxa Əliyeva,  Mütalib Əsgərov, Nəriman Şirinli və Xəlil Nəsirov verilən sualların cavablandırılması ilə yanaşı, həm də yeni dərsin maraqlı keçməsində   fəal iştirak ediblər.        

Sonda S.Sadıqovanın   keçdiyi "açıq dərs" müzakirə olunub.  Məktəbin direktoru Lətafət Səmədova  əvvəlcə müəllim haqqında məlumat  verib.  Bildirib ki, Səkinə Sadıqova  məktəbin  qabaqcıl  müəllimlərindəndir. O,  müəllimlərin sınaq qiymətləndirilməsində 54 bal toplayıb. Dərs dediyi şagirdlər hazırda yüksək peşə sahibidirlər. Məktəb rəhbərliyi tərəfindən dəfələrlə əməyi qiymətləndirilib.

Direktor onu da qeyd edib ki, təhsil ocağında   sinif müəllimləri arasında qarşılıqlı dərsdinləmə  və "açıq dərs"lərin keçirilməsi  artıq bir ənənə halını alıb. Bu da  ibtidai siniflərdə təlimin keyfiyyətinin yüksəlməsində mühüm əhəmiyyət kəsb edir. Keçilən hər bir   "açıq dərs" pedaqoji şura iclaslarında geniş   müzakirə olunur və yaradıcı  müəllimin yaxşı işi digər məktəblər arasında geniş yayılır.

Bu gün  qabaqcıl sinif  müəllimlərimizdən biri  olan Səkinə Sadıqovanın  keçdiyi "açıq dərs" bu deyilənlərə  əyani sübutdur. Müəllim  dərsin gedişində şagirdlərdə təlimə maraq hissi yaratmaq üçün müxtəlif vasitələrdən istifadə etdi və  dərsdə əyaniliyə, texniki vasitələrə  və  xüsusən didaktiv oyunlara geniş yer verdi.

İbtidai siniflər üzrə metodbirləşmənin sədri Solmaz  Mustafayeva  bildirib ki, müəllim  dərsdə   şagirdlərin zehni fəallığını  təmin etdi, qazandıqları bilikləri sistemə  salıb və öyrənilən mövzunun  şagirdlər tərəfindən dərindən  mənimsənilməsində  pedaqoji ustalığını göstərdi.

"Açıq dərs" də iştirak edən müəllimlərdən   Gülnaz Əmiraslanova,  Məsumə Musayeva, Fatma Cavadova  və Zəriyə İbrahimova    dərsin  yaxşı təşkil olunduğunu və şagirdlərin  riyaziyyat  fənnindən  yüksək bilik nümayiş etdirdiklərini bildiriblər. Qeyd ediblər ki,   müəllimin  "açıq dərs"i  metodiki baxımdan milli kurikulumların tələb etdiyi standartlar əsasında   yüksək səviyyədə keçdi. S.Sadıqova dərs prosesində şagirdlərin  fəallığını təmin edə bildi və keçdiyi mövzuya  dair əyani vəsaitlərdən istifadə etməklə,  fənlərarası   inteqrasiya yaratdı.

"Açıq dərs" diskussiya şəklində başa çatdı.  

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov