Oğuz rayon Yaqublu kənd tam orta məktəbində "Gəlin
kitab oxuyaq" devizi altında tədbir keçirilib.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
A.Atakişiyeva tərəfindən redaksiyamıza daxil olan
məktubda bildirilib ki, tədbir slaydların müşayiəti ilə
şagirdlər tərəfindən kitab və mütaliə haqqında aforizm,
atalar sözlərinin söylənməsi ilə başlayıb.
Sonra mütaliənin əhəmiyyəti, onun insanın dünyagörüşünün
formalaşması və sağlamlığının mühafizəsindəki rolu
haqqında Azərbaycan dili və ədəbiyyat müəllimlərinin
mühazirələri, kitab oxumağın faydaları, kitabın bilik
mənbəyi olması, səmərəli mütaliə şəraiti və şərtləri,
məktəb kitabxanasının fəaliyyəti, kitabların qorunması,
oxunmuş kitablar və bədii əsərlərin qəhrəmanlarına
münasibət barədə şagirdlərin çıxışları dinlənilib.
Tədbirdə həmçinin kitaba həsr olunmuş şeir və mahnılar
səslənib, "Kitabi-Dədə Qorqud" dastanının motivləri
əsasında hazırlanmış "Dəli Domrul" adlı səhnəcik
göstərilib, bədii əsərlər əsasında çəkilmiş cizgi
filmləri, mütaliəni təbliğ edən videoçarx nümayiş
etdirilib.
Sonda müsabiqənin qalibləri mükafatlandırılıb.
Şakir
CƏFƏROV,
"Azərbaycan müəllimi" |