Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Astarada breyn-rinq intellektual oyunu üzrə rayon çempionatı

 

Böyütmək üçün seçinÜmummilli liderin anadan olmasının 92-ci ildönümü münasibətilə  Astara şəhərindəki Heydər Əliyev Mərkəzində yeniyetmələr və gənclər arasında breyn-rinq intellektual oyunu üzrə rayon çempionatı keçirilib.

Rayon təhsil şöbəsindən  məlumat  verilib  ki, bilik yarışının iştirakçıları əvvəlcə ulu öndərin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar. Bilik yarışında rayonun 10 ümumtəhsil məktəbini təmsil edən 70 yeniyetmə və gənc qələbə uğrunda mübarizə aparıb. İntellektual oyunun nəticələrinə görə, Şahağacı kənd 2 nömrəli tam orta məktəbin, Astara Pedaqoji Kollecinin və Siyəkü kənd tam orta məktəbinin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.

Qaliblər diplomlarla mükafatlandırılıblar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov