Azərbaycan
Müəllimlər İnstitutunun Quba filialında "Jurnalistika
2015: peşə dəyərləri və demokratik cəmiyyət quruculuğuna
dəstək" mövzusunda tələbələrlə görüş keçirilib. Görüş "RUH"
Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin (AJMK)
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
maliyyə yardımı ilə reallaşdırdığı "Tələbə gənclər
arasında demokratik proseslərin dərinləşməsinə dəstək
məqsədi ilə jurnalistikanın təbliği" layihəsi
çərçivəsində təşkil olunub. Görüşü filialın direktoru
Əli Allahverdiyev açaraq jurnalistikanın cəmiyyət
həyatındakı rolundan danışıb. Bildirilib ki, "Tələbə
gənclər arasında demokratik proseslərin dərinləşməsinə
dəstək məqsədi ilə jurnalistikanın təbliği" layihəsi
mövcud istiqamətdəki fəaliyyətə dəstək baxımından
önəmlidir.
"RUH" AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov rəhbərlik
etdiyi layihənin məqsəd və vəzifələri barədə məlumat
verib.
Sonda tələbələrin sualları cavablandırılıb. |