Xaçmazda
ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci
ildönümü ilə əlaqədar "Kitab bayramı" keçirilib. Rayon
icra hakimiyyətinin, mədəniyyət və turizm şöbəsinin
mərkəzləşdirilmiş kitabxanalar sisteminin birgə
təşkilatçılığı ilə keçirilən "Kitab bayramı"nda rayonun
idarə və təşkilatlarının rəhbərləri, kitabxana,
mədəniyyət, təhsil işçiləri, məktəblilər iştirak
ediblər. Mərasimdə 2500-dən çox kitab nümayiş etdirilib.
"Kitab bayramı"nda ümummilli lider Heydər Əliyevin həyat
və fəaliyyətindən, Qarabağ münaqişəsindən bəhs edən,
eləcə də Azərbaycan folkloruna, dünya ədəbiyyatına aid
kitablar oxucular tərəfindən maraqla qarşılanıb.
Xaçmaz Rayon Təhsil Şöbəsindən bildirilib ki, ənənəvi "Kitab
bayramı"nın keçirilməsinin məqsədi texnologiyaların və
informasiyanın geniş yayıldığı müasir dövrdə gənclərin
mütaliəyə marağını artırmaq, onları maarifləndirməkdən
ibarətdir.
Tədbirdə məktəblilərin ifasında kitablara həsr
olunmuş bədii kompozisiya təqdim olunub. |