Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı
direktoru Oqtay Səmədov və qurumun əməkdaşları Saatlı
rayonunda bir sıra görüşlər keçiriblər. Saatlı Rayon
İcra Hakimiyyətinin başçısı S.Cabbarov qonaqlara rayonda
aparılan islahatlar barədə məlumat verib. Bildirib ki,
Bilik Fondu fəaliyyətə başladığı gündən qurumun həyata
keçirdiyi layihələr daim diqqət mərkəzindədir.
Cəmiyyətin maarifləndirilməsi istiqamətində Bilik
Fondunun gördüyü işlərin təqdirəlayiq olduğunu bildirən
icra başçısı qurumun yerli nümayəndəsinin Saatlıda
mütəmadi olaraq maraqlı tədbirlər hazırladığını diqqətə
çatdırıb.
Rayon ictimaiyyəti ilə görüşdə O.Səmədov Bilik Fondunun
bir ildə həyata keçirdiyi əhəmiyyətli layihələr barədə
geniş məlumat verib.
Eyni zamanda Bilik Fondunun icraçı direktoru Əlisoltanlı
kənd tam orta məktəbində şagirdlərlə görüşüb. |