Lənkəran Dövlət Universitetində "İnsan alveri ilə
mübarizə" mövzusunda seminar keçirilib. "Polisə dəstək"
İctimai Birliyinin layihəsi çərçivəsində təşkil olunmuş
seminarı universitetin dosenti, təbiyyat fakültəsinin
dekanı, biologiya elmləri namizədi Məlahət Ağayeva
açaraq tədbirin məqsəd və vəzifələrini qeyd edib.
"Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin
Əliyev "İnsan alveri, onun təhlükəliliyini, doğuran
səbəblər və aradan qaldırılması yolları" mövzusunda
məruzə edib.
Məruzə və çıxışlarda insan alveri ilə mübarizədə
ictimaiyyətlə əlaqənin gücləndirilməsi və bu cinayətin
qarşısını almaq üçün ictimai dəstəyin təmin edilməsi,
profilaktik və maarifləndirmə tədbirlərinin həyata
keçirilməsi sahəsində görülən işlərdən danışılıb.
Universitetin həmkarlar, tələbə-gənclər təşkilatlarının
nümayəndələri seminarın təşkilatçılarına
minnətdarlıqlarını bildiriblər.
Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları
tələbə-gəncləri maraqlandıran suallara cavab veriblər.
Hacı Etibar ƏHƏDOV,
LDU-nun Mətbuat xidmətinin rəhbəri |