Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Tələbələr şagirdlərlə birlikdə tədbir keçiriblər

 

Böyütmək üçün seçin Gəncə Dövlət Universiteti şəhər ictimaiyyəti, ayrı-ayrı kollektivlər və təhsil müəssisələri ilə sıx  əməkdaşlıq edir. Orta məktəblərlə bu əməkdaşlıq daha geniş şəkildədir. Bu işdə pedaqoji təcrübədə olan tələbələrin rolu xüsusilə böyükdür. Bu günlərdə Əhməd Cavad adına şəhər 2 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə olan tələbələrin təşkil etdikləri tədbir bu baxımdan diqqəti cəlb edir. Riyaziyyat-informatika fakültəsinin  "Riyaziyyat müəllimliyi" ixtisası üzrə III kurs tələbələrinin  6-cı və 9-cu sinif şagirdləri ilə birlikdə keçirdikləri riyaziyyat gecəsini giriş sözü ilə açan məktəbin direktoru Sahibə Abdullayeva  universitetlə əlaqələrin  şagirdlərin təhsilinə müsbət təsir göstərdiyini bildirib,  gecəni təşkil edənlərə, qonaqlara  təşəkkür edib.

Gecə III kurs tələbələrindən  Şəfiqə Alıyeva və Rəfiqə  Hacızadənin məharətli  aparıcılığı ilə davam edib. Tələbə və şagirdlərin hazırladıqları bir-birindən məzmunlu səhnələr ilk andan tamaşaçıları özünə cəlb edib və onlarda ciddi maraq oyadıb. 7-ci sinif şagirdi Aysun Bayramova və 9-cu sinif şagirdi Aytən Allahverdiyevanın ifa etdikləri  "Azərbaycan" mahnısı gecəni  daha da canlandırıb.

Gecənin sonunda  qonaqlar və məktəbin müəllimləri  öz ürək sözlərini bildirərək, belə tədbirlərin hər iki müəssisə üçün  faydalı olduğunu vurğulayıblar. 

Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov