Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Oturaq vəziyyət ürək xəstəlikləri riskini artırır

 

Alimlər xəbərdarlıq edi 

Oturaq vəziyyət  nəinki  bel-dayaq sisteminə, eləcə də ürəyə  mənfi təsir göstərir.   Əgər hər gün televizor qarşısında  bir  saat  artıq otururuqsa, onda  ürək-damar xəstəliklərinin yaranma  təhlükəsi 14 faiz artmış olur.  Nəzərə almaq lazımdır ki, trenajor zallarında məşğuliyyət də  bizi  bu təhlükədən xilas etməyəcək, çünkü  onların effekti çox deyil  və tez  keçicidir. 

Amerikanın Viskonsin  Tibb  Kollecinin alimləri  50 yaşa qədər 2031 insanın hərəki fəallığını izləyiblər.  Onlar tədqiqatda iştirak edən insanların oturaq vəziyyətdə hər gün  keçirdikləri saatların sayını  qeydə  alıblar və onları damarlarda ürək xəstəliklərinin yaranmasının siqnallarını verən maddələr  çöküntüsü ilə müqayisə ediblər.

Könüllülər gün ərzində 2 saatdan 12 saata qədər ofisdə və evdə televizor qarşısında oturublar.   Alimlər  belə qənaətə gəliblər ki, stulda və ya kresloda  hər bir oturaq vəziyyət  qan damarlarında  çöküntülərin səviyyəsini təqribən 14% artırır.

Tədqiqatın rəhbəri, ürək-damar  xəstəlikləri üzrə mütəxəssis,  professor Jaklin Kulkinskinin  sözlərinə görə,  müəssisələrdə işləyən yaşlı insanlar  saatda bir dəfə  qısa gəzintilərə çıxmalıdırlar.  "Oturaq vəziyyətin gün ərzində  hətta  2-3 saat  azaldılması belə,  ürək-damar sisteminin vəziyyətinə  çox  müsbət  təsir göstərə bilər"-deyə alim bildirib. Professor J.Kuklinskə görə, əsas məsələ mümkün qədər çox hərəkət etməkdir. Mümkün olan bütün hallarda -  hətta  telefonla danışıq zamanı hərəkət etmək lazımdır. Liftdən az-az  hallarda isifadə etmək,  daha çox piyada gəzmək,  axşamlar evdə olarkən televizor qarşısında az vaxt keçirmək vacibdir.  

"Komsomolskaya pravda"dan

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov