Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Layihə ilə bağlı hesabat iclası

Böyütmək üçün seçinMayın 15-də Təhsil Nazirliyində "Saglam təhsil-sağlam millət" layihəsi çərçivəsində 2014-2015-ci tədris ili üzrə görülmüş işlərə dair iclas keçirilib.

İclasda təhsil nazirinin müşaviri Hüseyn Əliyev, Təhsil Nazirliyinin Pilot layihələrlə iş sektorunun müdiri Rüfət Əliyev, layihənin elmi məsləhətçisi Vladimir Bazarnıy, tibb, didaktik, gender və psixoloji bölmələrin rəhbərləri, həmin bölmələrdə fəaliyyət gostərən həkim və metodistlər, pilot məktəblərin direktorları, sinif müəllimləri və valideynlər iştirak ediblər.

Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının direktoru Surxay Musayev uşaqların sağlamlığı ilə bağlı problemlərin aktuallığından və "Saglam təhsil-sağlam millət" layihəsi çərçivəsində aparılan işlərin əhəmiyyətindən  danışıb. 

Azərbaycan Tibb Universitetinin Uşaq və yeniyetmə gigiyenası kafedrasının dosenti Şəhla Balayeva layihə çərçivəsində ekspertlərin bir il ərzində hazırladığı gigiyenik tövsiyələr, məktəblilərin sağlamlıq vəziyyətinin monitorinqinin gedişi və əldə edilən nəticələr haqqında məlumat verib.

Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Afət Süleymanova layihənin didaktik bölməsinin məqsəd və vəzifələri, bir il müddətində müəllimlərin sağlam təhsil texnologiyalarının tətbiqi baxımından ixtisasartırmasının təşkili və valideynlərlə  aparılan işlərdən söz açıb.

Daha sonra Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseyin psixoloqu Nərgiz İsmayılzadə, "Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti"nin sədri Şəhla İsmayıl isə pilot siniflərdə şagirdlərin psixi-emosional vəziyyətinin tənzimlənməsində müəllimin rolunun öyrənilməsinin, məktəb-cəmiyyət əməkdaşlığının əhəmiyyətini nəzərə çatdırıblar.

Layihə çərçivəsində bir il ərzində görülən işlərlə bağlı çıxış edən  Vladimir Bazarnıy Təhsil Nazirliyinin bu layihəyə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb və əldə edilən nəticələri yüksək qiymətləndirib.

Tədbirdə pilot məktəblərin direktor və müəllimləri, valideynlər layihə ilə bağlı rəy və təkliflərini bildirib, əldə olunan nailiyyətlərlə yanaşı qarşılaşdıqları çətinlikləri də qeyd ediblər.

Qeyd edək ki, "Sağlam təhsil-sağlam millət" layihəsinin məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir.

2014-2015-ci tədris ilindən "Sağlam təhsil-sağlam millət" layihəsi çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin 6 ümumi təhsil məktəbində 15 "Sağlam təhsil sinfi" yaradılıb. Bu siniflərdə tədris hərəkətdə təlim şəraitində həyata keçirilir. Şagird masaları həm qismən oturaraq, həm də ayaq üstə çalışmaq imkanı yaradır. "Sağlam təhsil sinifləri"ndə tədrisin təşkili şagirdlərin iş qabiliyyətini yüksək səviyyədə saxlanılması üçün əlverişli olub, onların intellektual və fiziki cəhətdən daha yaxşı inkişaf etməsinə şərait yaradır.

Yeni tədris ilindən "Sağlam təhsil sinifləri"nin sayının artırılması nəzərdə tutulur. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov