Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Məktəbdə Respublika gününə həsr olunmuş bayram tədbiri

 

Böyütmək üçün seçinBakıdakı 229 nömrəli tam orta məktəbdə 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Bayram tədbiri ulu öndər Heydər Əliyevin təhsillə, vətənimizin müstəqilliyi, gənclərə vətənpərvərlik hissinin aşılanması ilə bağlı söylədiyi müdrik kəlamların səsləndirilməsi ilə başlayıb. Dövlət himni ifa olunub. "Koroğlu" uvertürasının sədaları altında səhnəyə Dövlət bayrağı gətirilib. Tədbirin aparıcıları olan şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, müstəqilliyimizin əldə olunduğu tarixi şərait, ADR-in fəaliyyəti, onun qəbul etdiyi Dövlət bayrağı, himni haqqında iştirakçılara geniş məlumat veriblər.

Məktəbin direktoru Fəridə Bağırova çıxış edərək mərasim iştirakçılarını salamlayıb və Respublika Günü münasibəti ilə təbrik edib.  Bildirib ki, bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

İstedadlı şagirdlər Vətənə, məktəbə, müstəqilliyimizə həsr olunmuş şeirlər söyləyib, mahnılar, rəqslər ifa edib, səhnəciklər göstəriblər. Milli Qəhrəman Mübariz İbrahimovun şücaətindən bəhs edən səhnəcik tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Çıxış edənlər  tədbiri yüksək qiymətləndirərək Şərqdə ilk demokratik respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, məktəbin uğurlarından söz açıblar. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov