Azərbaycan
Respublikasının Təhsil Problemləri İnstitutunun 6
nəfərdən ibarət nümayəndə heyəti 26-30 aprel 2015-ci il
tarixlərində Fransa Respublikasında işgüzar səfərdə olub.
Səfərin məqsədi Fransa Respublikasının təhsil sistemi
ilə tanış olmaq, fərqli cəhətləri, müsbət tendensiyaları
öyrənmək, qarşılıqlı tədqiqatların aparılması
konturlarını müəyyənləşdirməkdən ibarət idi.
2013-cü ildən Təhsil Problemləri İnstitutuna direktor
təyin olunan Qulu Novruzovun təşəbbüsü ilə xarici
əməkdaşlıqlarla bağlı geniş və çoxsahəli işlərə start
verilmiş, o cümlədən inkişaf etmiş xarici ölkələrlə
əlaqələr güclənmişdir. Beynəlxalq simpozium, seminar və
konfransların təşkili intensiv xarakter almışdır. Bu
mənada, Fransa Respublikasına olan səfər də həyata
keçirilən silsilə tədbirlərin bir həlqəsi idi. TPİ-nin
və Fransa Respublikasının Bakı ofisinin dəstəyi ilə
həyata keçirilən səfərdə Fransanın Milli Təhsil, Ali
Təhsil və Tədqiqat Nazirliyinin müvafiq qurumları ilə
görüşlər olub.
Bu görüşdə TPİ-ni Təhsilin idarə olunması və
iqtisadiyyatı şöbəsinin müdiri Piralı Əliyev, Dərslik və
dərs vəsaitlərinin metodologiyası şöbəsinin müdiri Asif
Hacıyev, institutun elmi məsləhətçisi Riza Xəlilov,
Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu
şöbəsinin müdiri Bibixanım İbadova, Monitorinq və
qiymətləndirmə şöbəsinin müdiri İlham Cavadov, aparıcı
elmi işçi Gülbəniz Camalovadan ibarət nümayəndə heyəti
təmsil edib.
Görüş zamanı hər iki ölkənin təhsili ilə bağlı mövzular
üzrə təqdimatlar, müzakirələr və sual-cavablar aparılıb.
Parisin Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzində
(CİEP) aparılan tədqiqatlarla tanışlıq institut
əməkdaşları qarşısında yeni sahələr açıb. Sonda hər iki
ölkə arasında təhsillə bağlı birgə fəaliyyətin və
əməkdaşlığın daha sıx və davamlı olacağı vurğulanıb. |