Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Şagird və tələbələr arasında ifa üzrə Respublika müsabiqəsi

 

Böyütmək üçün seçinMayın  19-da  Azərbaycan Dövlət  Mahnı Teatrında təhsil nazirinin  əmrinə əsasən,  ilk peşə və orta ixtisas  təhsili  müəssisələrinin şagird və tələbələri arasında keçirilən  ifa üzrə Respublika müsabiqəsinin yekun  konserti olub. Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir əvəzi Vasif Məmmədov, həmin şöbənin  əməkdaşları - Maral Salmanova, Fəqan Hüseynov,  peşə və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri və valideynlər iştirak ediblər. 

Öncə aparıcılar  müsabiqənin keçirilməsində əsas məqsədin  şagird və tələbələrin asudə vaxtlarının səmərəli və mənalı  təşkil edilməsi, xüsusi istedada malik olan gənclərin üzə çıxarılması, gənclərin ifa mədəniyyətlərinin  yüksəldilməsi, eyni zamanda musiqiyə, şeirə, rəqsə məhəbbət hisslərinin aşılanması, Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnılarının və milli rəqslərin öyrənilməsi  olduğunu söyləyiblər.

Sonra ifa üzrə Respublika müsabiqəsinin yekun  konsertinə  start verilib. 4 mərhələdə  keçirilən müsabiqədə Azərbaycan Milli  Konservatoriyasının tərkibində  Musiqi Kollecinin, Bakı Kompüter,  Şəki Musiqi, Gəncə musiqi,  Ağdaş Dövlət Humanitar, Sumqayıt musiqi, Bakı Humanitar, Şuşa Humanitar,  Göyçay Dövlət İdarəetmə və Texnologiya,  Azərbaycan  Dövlət Pedaqoji kolleclərinin və digər təhsil müəssisələrinin tələbə və şagirdləri  iştirak ediblər.   Təsnif  və xalq mahnıları, şeir,  rəqs nominasiyaları üzrə keçirilən müsabiqədə  şagirdlər və tələbələr  öz istedad və bacarıqlarını məharətlə  nümayiş etdiriblər.

Sonda  qaliblər Təhsil Nazirliyinin  diplom və qiymətli hədiyyələri  ilə mükafatlandırılıblar. 

Sifai SƏFƏROVA,
"Azərbaycan  müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov