Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Onlar bizi I Avropa Oyunlarında təmsil edəcək

 

Böyütmək üçün seçin

 

Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançılar

KƏRİM BAĞMAN OĞLU MUSAYEV 

1987-ci ildə Füzuli rayonunda anadan olub. 2005-ci ildə Bakı şəhər 260 nömrəli tam orta məktəbi bitirib. 1999-cu ildən idmanın badminton növü ilə məşğul olur. Məşqçisi Cavanşir Əlizadədir. 2007-2012-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Hazırda Bakı şəhər 7 nömrəli İOEUG Tennis İdman Məktəbində məşqçi-müəllim işləyir.

2010-cu ildə idman ustası adına layiq görülüb. Dəfələrlə badminton  üzrə Bakı və Azərbaycan  çempionu olub.  2013-cü ildə İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında komanda hesabında IV yerə layiq görülüb.


HACI AZƏR OĞLU ƏLİYEV 

1991-ci ildə Naxçıvanda anadan olub. 2002-ci ildən Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst güləş bölməsində məşğul olur. Məşqçisi Azərbaycan Respublikasının əməkdar məşqçisi Elman Əzimzadədir. 2014-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 2010-cu ildə idman ustası normativini yerinə yetirib. 2015-ci ildə "Əməkdar idman ustası" fəxri adına layiq görülüb.  

2012-ci ildə sərbəst güləş üzrə Dünya Kubokunun qalibi olub. 2013-cü ildə Tələbələrin  Ümumdünya Universiadasında III yeri tutaraq bürünc medal alıb. 2014-cü ildə Finlandiyada keçirilən Avropa çempionatının qızıl medalçısıdır. Həmin il 8-9 sentyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində  keçirilən dünya çempionatında da I yeri tutaraq qızıl medal alıb.


ABDULLA İLQAR OĞLU HƏSƏNOV  

1997-ci il yanvarın 8-də Sumqayıt şəhərində anadan olub. 2014-cü ildə Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbi bitirib. 2009-cu ildən Bakı şəhər 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində idmanın qılıncoynatma növü ilə məşğul olur. Məşqçisi Həcibal Əhmədovdur.

 Azərbaycan və Bakı çempionudur. 2010-cu ildə Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq yarışda II yeri, 2011-ci ildə Bursa şəhərində keçirilən beynəlxalq turnirdə III yeri tutub. 2011-2014-cü illərdə keçirilmiş Dünya Kuboku, dünya, Avropa çempionatlarında iştirak  edib. 2014-cü  ildə Gürcüstanda keçirilən Avropa Kubokunda  və beynəlxalq turnirdə III yerə çıxıb.


CAVANŞİR CAHANGİR OĞLU SƏFƏROV 

1997-ci il yanvarın 27-də Moskva şəhərində anadan olub. 2012-ci ildə Bakı şəhəri 189 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirib. Hazırda Bakı Qida Sənayesi Kollecində 3-cü kursda oxuyur. 2004-cü ildən Bakı şəhər 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində idmanın qılıncoynatma növü ilə məşğul olur. Məşqçisi Cahangir Səfərovdur.

 2012-ci ildə Azərbaycan çempionu olub, 2013-cü ildə İranda keçirilən Dünya Kubokunda II, 2014-cü ildə Azərbaycan çempionatında III yerə çıxıb.  2014-cü il sentyabrın 23-də Gürcüstanda beynəlxalq turnirdə I yeri tutub.


ORXAN ZAKİR OĞLU QƏLƏNDƏROV  

1988-ci il iyulun 11-də Gürcüstan Respublikasının Marneuli  şəhərində anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

 2001-ci ildən idmanın badminton növü ilə məşğul olur, idman ustasıdır. Dəfələrlə Azərbaycan çempionu olub. 2008-2012-ci illərdə böyüklər arasında Azərbaycan birinciliyində qalib gəlib. 2008-ci ildə İran İslam Respublikasında keçirilən beynəlxalq turnirdə bürünc medal alıb.

Hazırda Bakı şəhər 2 nömrəli  İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində məşqçi-müəllim işləyir.


 BİLURƏ ELŞƏN QIZI EMİNOVA 

1986-cı il avqustun 6-da Sumqayıt şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 1995-ci ildən idmanın stolüstü tennis növü ilə məşğuldur. Bu idman növü üzrə ustalığa "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt filialında yiyələnib. 2003-cü ildə idman ustası adı alıb.

Dəfələrlə Sumqayıt, Bakı, respublika çempionu olub. Beynəlxalq yarışlarda iştirak edəcək mükafatçılar sırasında yer alıb.

2004-cü ildən yetirməsi olduğu "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt filialında məşqçi-müəllim işləyir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov