Mayın
21-də
Bakı
Modern
Məktəbində
Robototexnika
və
Mühəndislik
Əlavə
Təhsil
Mərkəzinin
açılışı
olub.
Açıq
mərasimdə
qeyd
olunub
ki,
son
illərdə
müasir
texnologiyaların
sürətlə
inkişafı
onların
təhsil
prosesinə
tətbiqini
də
sürətləndirib.
Bunun
nəticəsi
olaraq ölkəmizin
təhsil
müəssisələri
müasir
kompüterlərlə,
multimedia
vasitələri
ilə
təchiz
edilib.
İnternet şəbəkəsinə
qoşulan
məktəblərin
sayı
da
durmadan
artır.
Son
illər
sürətlə
inkişaf
edən
robototexnika
da
məktəb
mühitinə
ayaq
açmaqda
və
həm
bilik,
həm
də
fəaliyyət
aspektlərindən
ibarət
təhsil
hədəflərinin
reallaşmasına
kömək
göstərməkdədir.
Məktəbdə
robototexnika
21-ci əsrin
texnologiyalarını
şagirdlərə
təqdim
edir.
Onların
ünsiyyət
qabiliyyətini
və
qarşılıqlı
əlaqə
bacarıqlarını
inkişaf
etdirir.
Müstəqil
şəkildə
qərar
qəbul
etməyə
və
onların
yaradıcılıq
potensialını
aşkar
etməyə
imkan
yaradır.
Qeyd
olunub
ki,
yüksək
informasiya-kommunikasiya
texnologiyaları
infrastrukturuna
malik
Bakı
Modern
Məktəbində
sözügedən
mərkəzin
yaradılması
sahəsində
işlərə
məktəb
açılandan
başlanılıb.
Məktəb
"Microsoft"
İT
Akademiyasının
rəsmi
üzvü
kimi
fəaliyyət
göstərdiyi
üçün 2013-cü
ildə
dünyanın
50
nüfuzlu
məktəbi
sırasında
London
şəhərində
keçirilmiş
"BETT - 2013
Təhsil
Texnologiyaları"
sərgisində
iştirak
etmək
üçün
dəvət
alıb.
BETT-də
İKT-nin
təhsildə
istifadəsinə
həsr
olunmuş
aparıcı
təhsil
forumunda ən
qabaqcıl
ideyalar, ən
yeni
texnologiyalar
və
bu
texnologiyaların
təhsil
prosesində
tətbiqi
üçün ən
maraqlı
üsullar,
əlavə
təhsil
imkanları
yaradan
yeni
təhsil
yanaşmaları,
səmərəli
metod
və
texnologiyalar
üzərində
qurulan
metodiki
vəsaitlər
nümayiş
olunub.
Bu
sərgidən
BMM-in
nümayəndə
heyəti
gələcəkdə
yaxşı
mütəxəssis
olması üçün
şagirdlərin
erkən
yaşlarından
müasir
peşə
bacarıqları
ilə
yaxından
tanış
etdirilməsinə
imkan
verən
robototexnika
və
mühəndislik
istiqamətini
hədəf
olaraq
qəbul
edib.
Robototexnika
və
mühəndisliyin
tədrisə
yönəlməsi,
bu
sahədə
məktəbdə
yeni
tədris
bazasının
yaradılması
ideyası
həmin
sərgidən
sonra
məktəbin
inkişaf
istiqamətlərindən
biri
kimi
araşdırılmağa
başlanıb.
Araşdırmaların
davamı
olaraq
robototexnika
və
mühəndisliyin
təlim
prosesinə
peşəkar
inteqrasiyasını,
onun
tədrisi
metodikasının
öyrənilməsini
və
texniki
fənlərin
tədrisində
proqramlaşdırmanın
səmərəli
tətbiqini,
şagirdlərdə
bu
sahəyə
marağını
artırılmasını
təmin
etmək
üçün 2014-cü
ildə
məktəbin
rəsmi
nümayəndələri
Sankt-Peterburq
şəhərinə
səfər
edib.
Burada
nümayəndələr
prezident
yanında
fizika-riyaziyyat
təmayüllü
liseyi,
uşaq
bağçasını
və
uşaq
yaradıcılıq
mərkəzlərini
ziyarət
ediblər.
Səfərin
nəticəsi
olaraq
Bakı
Modern
Məktəbi
Sankt-Peterburq
şəhərində
bu
sahədə
çalışan
şirkətlərlə
əməkdaşlıq
edərək
Robototexnika
və
Mühəndislik
Əlavə
Təhsil
Mərkəzi
üçün
zəngin
maddi-texniki
baza əldə
edib.
Bundan
əlavə,
informatika
fənninin
proqramına
yenidən
baxılıb,
müəllimlərin
peşəkarlığını
artırmaq
üçün
tanınmış
ekspert
Ramin
Mahmudzadə
mütəxəssis
kimi
məktəbə
dəvət
olunub.
Valideyn
və şagirdlərin
maarifləndirilməsi
prosesini
daha
da
sürətləndirmək
məqsədilə
məktəb
Soçi
şəhərində
keçirilən
"WRO
2014"
olimpiadasında
qonaq
qismində
iştirak
edib.
Rusiyanın
Təhsilin
İnkişafı
üzrə
Federal
İnstitutunun
və
Rusiya
Robototexnika
Assosiasıyasının
dəvəti
ilə
məktəbin
rəsmi
nümayəndələri
"Robototexnika
Əsaslarının
Məktəbdə
Əsas
və Əlavə
Tədrisə
Tətbiqi"
III
Ümumrusiya
elmi-praktik
konfransında
iştirak
edib
və
sertifikat
alıb.
Robototexnika
və
mühəndisliyin
tədrisə
tətbiqi
sahəsində
sürətlə
irəliləməsini
müşahidə
edərək
Beynəlxalq
Uşaq
Robototexnikası
Olimpiadasının
Təşkilat
Komitəsi
məktəbin
şagird
komandasını
2015-ci
ildə
Cənubi
Koreyada
keçiriləcək
olimpiadaya
dəvət
edib. 6-8
avqust
2015-ci
il
tarixlərində
Bakı
Modern
Məktəbinin
25
nəfərdən
ibarət
komandası
Cənubi
Koreyada
Beynəlxalq
Robot
Olimpiadasında
Azərbaycan
Respublikasını
təmsil
edəcək.
Hazırda
məktəb
bu
sınağa
ciddi
hazırlaşır.
Yusif ƏLİYEV,
"Azərbaycan
müəllimi" |